ŞUŞAYA GETMƏK İSTƏYƏNLƏR
Hər gün mənə qəzetlərdən, saytlardan və eləcə də adi vətəndaşlardan nə qədər zəng olur ki, Şuşaya getmək istəyirik, amma bilet tapmırıq. Eləcə də Ağdama, Kəlbəcərə, Laçına, Qubadlıya getmək istəyənlər də müraciət edir və kömək istəyir.
Hamının da istəyi budur ki, reyslərin sayı artırılsın.
Doğrudanmı bu reyslərin sayını artırmaq mümkün deyil? Yoxsa istəmirlər ki, camaat gedib dağılmış şəhər və kəndini görsün ürəyi bulansın, ağlasın, sızlasın, bunu da çəkib videoda paylaşsın.
Açın yolları, cənablar, açın. Qoyunlara açmısız, insanlara da açın. Deyəcəsəksiz mina var, bəli, var. Amma qoyunlar minaya düşmürsə, təbii ki, insanlar da qayda-qanunlara əməl edib minaya düşməzlər.
Açın yolları, açın. Xüsusilə Kəlbəcər yolunu açın. 30 ildir cəhənnəmdə yaşayanlar gedib cənnəti görsünlər və xoşbəxt olsunlar. Lap minaya düşsələr də onlar cənnəti görmüş olacaqlar.
Digər Xəbərlər
22 May 2026 17:52
Hikmət Hacıyev jurnalistlərə təşəkkür etdi
22 May 2026 17:44
WUF13 Bakıda bayraq endirmə mərasimi ilə başa çatıb - VİDEO
22 May 2026 17:13
Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürdü
22 May 2026 11:20
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22 May 2026 11:03
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
22 May 2026 10:50
WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir
22 May 2026 10:46
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
22 May 2026 10:39


Bakı -°C

