Metroda ürəyi gedənlər...
Hamı yaxşı bilir ki, səhər və axşam saatlarında Bakı metropolitenində həddindən artıq sıxlıq yaşanır.
Və bu da təbii ki, sərnişinlərin çətın vəziyyətlə üzləşməsi ilə nəticələnir! Xüsusən də səhər saatlarında "Həzi Aslanov" " Dərnəgül" istiqamətində hərəkət edən qatarlarda daha çox sıxlıq yaşanır. Amma bu, o demək deyil ki, " İçərişəhər" stansiyasına gedən qatarlarda sıxlıq yoxdu. Elə gün olmaz ki, sıxlıq zamanı vaqonlarda olan qoca və xəstə sərnişinlərin havasızlıqdan ürəyi getməsin! Heç vaqonlarda ürəyi qısılan gənclərdə az deyil.
Bu sətirlərin müəllifi də vaqonda yaranmış sıxlıqda çətin anlar yaşayb. Əgər növbəti stansiyada düşməsəydim, bəlkə də havasızlıqdan ürəyim dayanmışdı! Biz metoda belə hadisələrin şahidi çox olmuşuq. Vaqonda vəziyyəti pisləşib stansiyada düsürülən sərnişinlərə ilk kömək edən metropoliten işçiləri və orada xidmət aparan polis əməkdaşlarıdir. Təcili Tibbi yardım xidməti əməkdaşları gələn kimi, onlar xəstəyə lazımi köməkliyi göstərirlər! Çox sağolsunlar onları! Bəzən elə olub ki, xəstə min vəziyyətdə ağılaşıb, həkimlər də gec gəlib və o, dünyasını dəyişib! Ancaq h kimlər xilas etdiyi xəstələrdə var. Ona görə də xəstələrin həyatını vaxtında xilas etmək metropolitendə tibb məntəqələri yaradılsın.
Bu təkliflər çoxdan səslənir, lakin gerçəkləşmir. Həmin məsələ ilə bağlı Metropoliten sözçüsü Etibar Əliyev bildirib ki, bu, bizim səlahiyyətlərimiz daxilində deyil. Metroda sərnişinin vəziyyəti pis olanda stansiyaya ən yaxın yerdən təcili tibbi yardım çağrılır! Onlar da operativ olaraq hadisə yerinə çatırlar. Bununla yanaşı, gələcəkdə metroda tibb məntəqələrinin fəaliyyəti mümkün ola bilər və bununla bağlı müəyyən layihələr var! Metropoliten sözçüsünün fikrinə qüvvət olaraq deyə bilərik ki, əgər metroda tibb məntəqələri fəaliyyət göstərsə, orada vəziyyəti pisləşənlərin həyatını xilas etmək olar, ölüm halları bəlkə də heç baş verməz!
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Mart 2026 00:00
Bu gün Beynəlxalq Qadınlar Günüdür
07 Mart 2026 17:11
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
07 Mart 2026 15:15
Naxçıvanda qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb
07 Mart 2026 12:31
8 Mart günü yağış yağacaq
06 Mart 2026 23:16
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - FOTOLAR
06 Mart 2026 16:36
Ağaclar nə vaxt budanmalıdır?
06 Mart 2026 14:35
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR
05 Mart 2026 15:43


Bakı -°C

