Sahibsiz itlər...
Onlara sahib çıxan tapılacaqmı?!
Tək rayonlar da deyil, Bakıda da sahibsiz itlərin əlindən tərpənmək mümkün deyil. Hətta belə itlər dəfələrlə insanlar hücum edib və onları tutub. Həyətdə uşaqlara çuman itlər onları parçalamaq istəyib. Ətrafdakı insanların köməkliyi ilə o uşaqları çətinliklə də olsa, itin ağzından ala biliblər. Bakının küçələrində isə sahibsiz itlər günbəgün çoxalır. Əvvəllər ağına- bozuna baxımından onları güllələyib, cəsədlərini aparıb uzaq bir yerə atırdılar.
Bu da sahibsiz heyvanlara qəddarlıq kimi, dəyərləndirilirdi. İndi isə bir iti öldürməyə görə, insanlar inzibati məsuliyyətə cəlb edilirlər.Lap yaxşı, qoy olsun! Heyvanların hüquqları qorunduğu kimi, insanlarım da hüquqları qorunmalıdır! Deyirlər ki, sahibsiz itlər üçün xüsusi yerlər yaradılacaq və onları həmin yerdə saxlayacaqlar.
Amma neçə illərdir ki, bu barədə danışılır, təəssüf ki, konkret bir iş görülmür. Və nəticədə Bakının küçələrində sahibsiz itlər günbəgün çoxalır. Bu isə insanların həyatı üçün təhlükə yaradır!
Emil Faiqoğlu
Digər Xəbərlər
21 May 2026 21:19
Kəlbəcərdə qış turizm kompleksi yaradılacaq
21 May 2026 18:00
Bu şəxslərə kirayəyə görə hər ay 100 manat veriləcək
21 May 2026 15:40
Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağdı - VİDEO
21 May 2026 15:18


Bakı -°C

