Uca tutaq bayrağı biz
Bayraq mənim ürəyimdi.
O suyumdu,çörəyimdi.
Hər vaxt mənim gərəyimdi.
Uca tutaq bayrağı biz.
******
Bayraq varsa,vətəndə var.
Köməyinə yetəndə var.
Uğrunda itəndə var.
Uca tutaq bayrağı biz.
******
Ulu Öndərdən dərs alaq.
Haqq yolunda qalib olaq.
Məhəbbətlə yaşa dolaq.
Uca tutaq bayrağı biz.
******
Bayraq yoxsa,dövlət olmaz.
O yerlərdə qüdrət olmaz.
İtər sərvət,sərvət olmaz.
Uca tutaq bayrağı biz.
******
Bayraq üçün can verərəm.
Bayraq üçün qan verərəm.
Uğrunda qurban verərəm.
Uca tutaq bayrağı biz.
******
Həqiqəti deyən sözdü,
Bu həyata baxan gözdü,
O qürurdu,gülər üzdü,
Uca tutaq bayrağı biz.
******
Tökülsə də son damla qan,
Bayrağıma canım qurban.
Qoruyaraq hər vaxt,hər an,
Uca tutaq bayrağı biz.
******
Bayraq varsa,bizdə varıq.
Bu yerlərdə bir baharıq.
Onun üçün hey yanarıq,
Uca tutaq bayrağı biz.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər
05 Sentyabr 2026 10:47
“Ateizm bizə alternativ düşüncə kimi lazımdır...”
03 Sentyabr 2026 15:04
Əbülfət Mədətoğlu: Güvəndiyim vurdu məni
03 Sentyabr 2026 09:00
DƏLİXANALAR DƏLİYƏ HƏSRƏT...
02 Sentyabr 2026 13:33
NƏ YAXŞI Kİ, DOĞULDUN...
02 Sentyabr 2026 12:34
İstanbulun Rami Kitabxanası dünyanın ən yaxşı “yaşıl kitabxanası” seçildi - FOTOLAR
02 Sentyabr 2026 12:24
“Cəmiyyətimizdəki bütün eybəcərliklərin səbəbi iradə ilə yönləndirilən ağıl çatışmazlığıdır”
02 Sentyabr 2026 11:34
YADIMDA DÜŞDÜ... - Asif Talıboğlu yazır
02 Sentyabr 2026 11:32


Bakı -°C

