Ay rəssam,şəklimi çək ürəyinə
Görürəm,çox gözəl şəkil çəkirsən,
Ay rəssam,şəlimi çək ürəyinə.
Həmən o şəklə,bir az sevgi qat,
Əbədi olaraq ək ürəyinə.
Ay rəssam,şəklimi çək ürəyinə.
******
Mən ki,bilməz idim məhəbbət nədir,
İndi isə qəlbimdə müharibə gedir.
Adının hərfini,mən sətir-sətir,
Yazıram,adımı ək ürəyinə.
Ay rəssam,şəklimi çək ürəyinə.
******
Mən necə söyləyim,sevirəm səni?
Bəlkə də,qəlbində başqası vardı?
Bəlkə,özgəsinə mail olmusan?
Bəlkə,mənim adım o qəlbə dardı?
Ay rəssam,şəklimi çək ürəyinə.
******
Kətana köçürsən itib-batacaq.
Yada ki,onu kim isə atacaq.
Ürəyinə çəksən,sənə çatacaq.
Ay rəssam,şəklimi çək ürəyinə.
Əbədi olaraq,ək ürəyinə.
******
Oxu sözlərimi,sən dönə-dönə.
Oxu hər bir zaman,oxu sən yenə.
Bu saf məhəbbətim,düşsə qəlbinə,
Olmasın,sözlərim yük ürəyinə.
Ay rəssam,şəklimi çək ürəyinə.
******
“Uzaq Sahillərdə”-kinosundan bir səhnəni qələmə almışam.
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin menecment ixtisası tələbəsi.
Digər Xəbərlər
23 May 2026 13:51
Vətəndən Vətənə: Türk dünyası ziyalılarının Özbəkistan görüşündən səfər qeydləri
22 May 2026 14:28
Biz kimik, Azərbaycan xalqımı, sovet xalqımı? Hər ikisimi, heç birimi?
21 May 2026 21:36
İşıqdan-işığa yol gedir insan - Sabir Rüstəmxanlının şeirləri
21 May 2026 21:23


Bakı -°C

