Mənzil Tikinti Kooperativləri sakinləri niyə incidir?

Bir çox insanların arzusu budur ki, yeni tikilən yüksək mərtəbəli binalarda mənzil alsın. El dilində demiş olsaq " novostroykalarda".
Əlbəttə həmin binalardakı mənzillərin sahəsi daha genişdir.Məhz buna görə də əhali həmin binalara böyük maraq göstərir. Bu, görünən tərəfdir. Görünməyən tərəf isə ondan ibarətdir ki, bu binaların bəziləri keyfiyyətli tikilmir.Sakinlər yenə mənzilə köçəndə çox saylı çətinliklərlə üzləşirlər.Nədir bu çətinliklər?!
Bu çətinliklər onun bağlıdır ki, sakinlər neçə illər yaşasalar da onların qaz verilmir, mülkiyyət sahibi kimi çıxarış ala bilmirlər.Bu sənədlər olmayanda onlar evlərinə qeydiyyata düşə bilmirlər, alqı - satqı samanı isə min bir əziyyətlə üzləşirlər. Kommunal xərclərə gələndə isə həddindən çox pul ödəyirlər. Məhz bu məsələlər də mənzil sahiblərinin əsəbləşdirir və narahat edir.Bəzi MTK- lar özlərini padşah kimi aparır və sakinlərə yuxarıdan aşağı baxır. Və onlar elə təsəvvür edirlər ki, insanlar burda yaşayırlarsa, camaatın onlara borcu var.
Amma əgər sakin hər ay kommunal borcu ödəyirsə, onlar MTK- dən niyə çəkinməlidir? Ümumiyyətlə, həmin binalarda yaşayan sakinlərin bir çoxu deyir ki, biz bu binaya köçəndən sonra peşman olmuşuq. Çünki onlar bizdən daha çox kommunal xərc alırlar. Bir sözlə, yeni tikilmiş çox mərtəbəli binalara köçənlər yağışdan çıxıb, yağmura düşüblər! Kimdir günahkar? Mənzil Tikinti Kooperativləri, yoxsa, bina sakinləri! Qoy, bu suala əlaqədar qurumlar cavab versinlər!
Emil Faiqoğlu
Digər Xəbərlər

Yasamalda “ölüm yolu"na əncam çəkən yoxdur: SOS

Şahdağ və Kəlbəcərdə qar yağıb - FAKTİKİ HAVA

Heyvan bazarlarının bağlanması ətin qiymətini bahalaşdıra bilər - İqtisadçı

Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - VİDEO

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zığ dairəsi-Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO
