Avtomobillərin şinləri niyə dəyişdirilməlidir?
Avtomobillərin saz vəziyyətdə olmasında şinlərin çox böyük əhəmiyyət var.
Məhz buna görə də yay və qış fəslində avtomobillərin təkərləri dəyişdirilməlidir. Əgər bu dəyişikliklər edilməsə, qışda nəqliyyat vasitələrinin sürücüləri bir çox problemlə üzləşə bilər. Amma bizdə əksər sürücülər bu, prinsiplərə əməl eləmir və öz bildikləri kimi hərəkət edirlər. Nəticədə isə qarlı, şaxtalı günlərdə yollar sürüşkən olanda " keçəl təkərlər" qəzalar yaradır. Bax , bundan sonra o sürücülər peşmançılıq hissi keçirirlər.
Qarşıdansa, qış gəlir. Ona görə də həmin havalara uyğun təkərlər alınmalı və avtomobillər qış şinləri ilə təmin edilməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Hacıyev deyir ki, hər bir sürücü bu məsələləri diqqət mərkəzində saxlamalı və mövsümə uyğun şinlərdən istifadə etməklə təhlükəsizlik qaydalarına əməl etməlidir. Biz dəfələrlə qış mövsümü başlamamışdan öncə sürücüləri maarifləndirir, onlara lazımi tövsiyə veririk. Heç şübhəsiz, apardığimız maarifləndirmə işləri də öz müsbət nəticəsini verir.
Bir daha qış mövsümünün yaxınlaşması ilə əlaqədar müxtəlif nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək deyirik ki, soyuq havalarda yolların sürüşkən olduğunu nəzərə alaraq avtomobillərdə yay şinlərini qış şinləri ilə əvəzləsinlər. Bu, onların təhlükəsizliyini təmin edir!
Emil Faiqoğlu
Digər Xəbərlər
31 Avqust 2026 18:21
16 istiqamətdə tıxac var - SİYAHI
31 Avqust 2026 10:27
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
31 Avqust 2026 09:00
Mərkəz Bakıda tıxaclı yolların siyahısını açıqladı
30 Avqust 2026 16:00
Putin yeni “Volqa”nı ilk dəfə sürdü - VİDEO
30 Avqust 2026 10:48
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
27 Avqust 2026 18:50
Paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
24 Avqust 2026 09:11
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
24 Avqust 2026 09:00


Bakı -°C

