Velosipedçilər avtomobil yoluna çıxır
Xeyli vaxtdır ki, Bakıda velosipedçilərin təhlükəsiz gediş- gəlişi üçün xüsusi yol ayrılıb.
Təbii ki, onlar bu yolla da hərəkət etməli və avtomobil yoluna çıxıb digər nəqliyyat vasitələri üçün təhkükə yaratmamalıdır. Amma Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin çəkdiyi görüntülərə baxanda velosipedçilərin yol hərəkəti qaydalarına əməl etmədiyi görünür.
Bununla onlar başt avtomobillər üçün qəza şəraiti yaradır və son vaxtlar velosipedçilərin iştirak ilə ağır qəzalar baş verir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi polis kapitanı Toğrul Nəsirli deyirki, velosipedçilərin avtomobil yoluna çıxaraq hərəkət etməsi birmənalı olaraq qanun pozuntusudur.
Mövcud yol hərəkəti qaydasını pozduğuna görə, velosipedçi 40 manat məbləğində cərimə edilir. Aydındır ki, qaydaların pozulması ilk növbədə ağır yol- nəqliyyat hadisələrinin baş verməsinə münbit şərait yaradır. Və bir çox halda bu qəzalar zamanı ölüm və ağır xəsarətalma halları qeydə alınır. Ona görə də bir daha velosipedçilərə tövsiyə edirik ki, onlar üçün ayrılmış yerlərdən istifadə etməklə hərəkət etsinlər. Bu, həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi deməkdir!
Emil Faiqoğlu
Digər Xəbərlər
01 Sentyabr 2026 11:08
Honda və Nissan əməkdaşlıq edəcək
01 Sentyabr 2026 08:39
Bu yollarda TIXAC var
01 Sentyabr 2026 08:30
Azərbaycanda AA seriyalı maşınlar "su qiymətinə" satışa çıxarılır
31 Avqust 2026 18:21
16 istiqamətdə tıxac var - SİYAHI
31 Avqust 2026 10:27
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
31 Avqust 2026 09:00
Mərkəz Bakıda tıxaclı yolların siyahısını açıqladı
30 Avqust 2026 16:00
Putin yeni “Volqa”nı ilk dəfə sürdü - VİDEO
30 Avqust 2026 10:48


Bakı -°C

