İmtiyazlı xəstələrin dərmanları niyə vaxtında verilmir?!
Elə xəstələr var ki, dövlət tərəfindən onların dərmanı pulsuz verilir. Çox sağolsun dövlətimizi ki, xəstə insanlara belə yüksək səviyyədə qayğı göstərir.
Ümumiyyətlə, Azərbaycan dövləti bütün sahələrdə öz vətəndaşlarına arxa durur.Çox təəssüf ki, imyiyazlı xəstələrə xidmət edən bəzi apteklər öz yarıtmaz fəaliyyəti ilə bu humanist əməllərə kölgə salır.Bunu camaat deyirdi, amma biz bir o qədər də deyilənlər inanmırdıq.Elə oldu ki, imtiyazlı xəstə kimi biz də həmin hüquqdan istifadə etməli olduq və gördüklərimiz bizi təəccübləndirdi. Belə ki, həkimin verdiyi pulsuz reseptlə dekabrın 5- də Qaraçuxurdakı aptekə getdik. Resepti verdik , aptekdə işləyən xanım əsəbi halda dedi ki, bu dərmanların heç biri yoxdu. Dörd dərmandan biri-" Tizersin" heç vaxt olmur, o biri üçü də indi yoxdu, dekabrın 15- də olmalıdir.
" Ay xanım, bəs onda dekabrın 15- nə kimə biz nə edək! Axı hər gün dərmanları qəbul edirik." Xanım çox fikirləşmədən dedi:" Eşitmədiniz? Mən sözümü sizə çatdırdım. Gedin, Maştağadakı aptekə" - deyib kobudcasına bizə cavab verdi. Oradan Maştağaya yollandıq.İmtiyazlı aptekə gəlib, dərmənların olub- olmadığını soruşduq. Aptekin müdiri Kamran müəllim dedi ki, sizin dərmanım üçü var, amma " Tizersin" yoxdu. Dekabrın 12 - də olacaq.
Telefon nömrəmi verim, bizimlə əlaqə saxlayarsını, olan kimi gəlib apararsınız.Yenə Kamran müəllimi çox sağolsun , bizimlə nəzakətlə davrandı. Maştağa gedib- qayıtmaq üçün iki saat vaxt sərf elədik. Biz niyə şəhərdən durub , dərman almaq üçün Maştağaya getməli, vaxt itirməli və əlavə yol pulu xərcləməliyik.Səhiyyə Nazirliyi zəhmət çəkib şəhərin bir neçə yerində imtiyazlı apteklər açmalıdir ki, xəstə adamlar əlavə əziyyət çəkib, Maştağa gedərək dərman almasınlar. Və bir də apteklər o dərmanları lazım olan vaxtda xəstələrə versinlər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
04 Oktyabr 2026 18:08
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? - Ən sağlam yuxu pozisiyası bəlli oldu
03 Oktyabr 2026 17:44
Qəhvə sevənlər bunu mütləq oxusun
03 Oktyabr 2026 11:35
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
03 Oktyabr 2026 10:23
Gündə 10 min addım qaydası süqut etdi
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43


Bakı -°C

