Vəfasız bir dostum yadıma düşür
Bir dostum var idi,mənim həyatda,
Saxlayıram onu həmişə yadda.
Bir insan görəndə,həmən o adda,
O vəfasız dostum yadıma düşür.
******
Naşıydı,gözləri kor idi onun,
Gözəl xasiyyəti var idi onun,
Çün onda görmürdü həyatın sonun.
Hərdən bir,o dostum yadıma düşür.
******
Sonradan gözləri açıldı onun,
Üzünə işıqlar saçıldı onun,
Könlündən ehtiyac qaçıldı onun.
Bax,mənim o dostum yadıma düşür.
******
Elə ki,o dostum xoş günə çatdı,
Heç bir söz demədən,o məni atdı.
Çünki,vafasızlıq ona rahatdı.
Ay ellər,o dostum yadıma düşür.
******
Sanmayın,gözləri kordu dostumun,
Naşıydı,dünyası gordu dostumun,
Mənə ehtiyacı vardı dostumun.
Hərdən bir,o dostum yadıma düşür.
******
Salacaq əməlin o bir-bir yada,
Düşəcəkdi,məni saldığı oda.
Bir zaman tək qoydu,məni dünyada.
O vəfasız dostum yadıma düşür.
******
Onun etdiyini,o da bir zaman,
Yaşayıb görəcək,olacaq yaman.
Bax,o vaxt başından qalxacaq duman.
Deyəcək ki,dostum yadıma düşür.
******
Onu tək qoyacaq dostu,sirdaşı,
Uzaqlaşacaqdı bacı,qardaşı,
Sonunda da onu həyat yoldaşı,
Tək qoyub gedəcək,yadıma düşür.
******
O unutmayacaq,qəmli gözümü,
Yadda saxlayacaq,hər an sözümü,
Sonda xatırlayıb mənim üzümü,
Deyəcək ki,dostum yadıma düşür.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər
10 Dekabr 2025 14:02
“O kitablar dilimizə tərcümə olunmasa, dilimizi qoruya bilməyəcəyik”
09 Dekabr 2025 20:51
Leyla Əliyeva Bəhram Bağırzadənin kitabının təqdimatına qatıldı - FOTOLAR
09 Dekabr 2025 11:55
Boz ömürlü aktyor- Əntiqə Kərimzadə yazır...
08 Dekabr 2025 14:11
“Müsabiqəni ədalətli təşkil edə bilmirlər...”
08 Dekabr 2025 12:51
GƏDƏBƏY RAYONUNUN ADININ "QZILTORPAQ" OLARAQ DƏYİŞDİRİLMƏSİ TƏKLİFİ
08 Dekabr 2025 12:46
Əlfi ilə İslam kim... - İlqar Əlfioğlu yazır
08 Dekabr 2025 12:43
Natiq Əhmədovun xatirəsinə
08 Dekabr 2025 12:24


Bakı -°C

