Canavarlar heyvanları yedi doymadı, indi də insanları yeyir...
Sovet dönəmində canavarlar çox olanda, tövləyə girib, heyvanları parcalıyanda və bir neçə qoyun- quzunu götürüb aparanda insanlara icazə verirdilər ki, canavarları güllələsinlər.
Hətta öldürülmüş bir canavarın dərisinə görə, ovçulara hər bir dəri üçün əlli manat pul verilirdi. Amma indi, canavara güllə atmaq olmaz. Canavarlar gəlib tövləyə girir, yediyini yeyir, apardığını aparır, ancaq onu vurmaq, güllələmək qadağandır. Havalar soyuyanda isə canavarla ac olduğy görə sürü halında kəndlərə, heyvanlara hücum edir. Yenə onların qurbanları o yazıq heyvanlar olur.Bundan ziyan görən əliqabarlı,min bir əziyyətlə mal- qoyun saxlayan insanlar olur. Kənd adamları ümidlərini mal- qaraya bağlayırlar, bunu da canavarlar gəlib əllərindən alır.
Artıq canavarlar heyvanlarla kifayətlənməyib, insanları yemək istəyir. Bir neçə gün bundan əvvəl Şəkidə canavar uşağını məktəbə aparan adama hücum edib. Onun qocalığı nəticəsində uşaga bir şey olmayıb, amma canavar kişini bir neçə yerdən yaralayıb. İkinci hadisə yenə Şəkidə baş verib və yenə canavar başqa bir insana hücum edib və ona da xasərət yetirib. Hər iki insan xəstəxanaya yerləşdirilib və onlara quduzluq əleyhinə zərdab vurulub.
Biz deyəsən, canavarların nazı ilə çox oynayırıq, ha! Nə gözləyirik?! Bəlkə onu gözləyirik ki, canavarlar bir neçə adamı yesin ondan sonra hərəkətə gələk?!Havalar get- gedə daha da soyuyur, hələ belə hücumlar çox olacaq. Nə vaxta qədər ki, insan ölümü olmayıb, əlaqədar qurumlar ciddi addımlar atmalıdır. Düzdür, canavarlar qiymətlidir, amma insan həyatı onlardan qat- qat dəyərlidir. Əlaqədar qurumlar bunu heç vaxt yaddan çıxarmamalıdır!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Yanvar 2026 14:01
Bazar gününə olan hava proqnozu
23 Yanvar 2026 17:15
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verildi
23 Yanvar 2026 11:49
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
23 Yanvar 2026 11:16
Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
23 Yanvar 2026 11:08
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
22 Yanvar 2026 11:54
Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Yanvar 2026 11:26
“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”
22 Yanvar 2026 10:48


Bakı -°C

