Sürücü sükan arxasında siqaret çəkirsə...
Bizim ölkəmizdə bəzi sürücülər var ki, avtobusu idarə etməyi bir yana, özlərini idarə edə bilmirlər. Ya telefonla danışır, ya da siqaret çəkirlər. Mən konkret faktla danışıram.
Belə ki, dekabrın 20- də gündüz saat üç radələrində metronun " Nefçilər" stansiyasından Yeni Günəşliyə hərəkət edən 50 nömrəli marşrutda hərəkət edən avtobusun sürücüsü yolboyu siqaret çəkirdi. Qulağında da mobil telefonun qulaqcığı. Siqaretdən bir neçə qüllab vurub, kimləsə, şirin-şirin söhbət edirdi. Heç ona bu hərəkətinə görə, sərnişinlər də irad tutmurdu. Hava da çox soyuq idi. Avtobusun istilik sistemi işləmirdi. Sürücü yanındakı pəncərəni açıq qoymuşdu ki, siqaretin tüstüsü çölə çıxsın. Amma o, bilmirdi ki, pəncərədən avtobusun salonuna dolan soyuq hava içərini bir qədər də soyudurdu.
Düz " Ballı marketin" yanına kimi, sürücü üç siqaret çəkdi. Ümumiyyətlə, bu marşrutun əksər sürücülər bax belə intizamsızdır. Bu avtobusların çoxunda istilik sistemi işləmir. Sürücülər bir çox halda onlara irad tutan sərnişinlərlə kobud rəftar edir. Hətta bəzi sürücülər yol digər avtomobillərlə ötüşür və qəza vəziyyəti yaradırlar.
Ona görə də bu marşrutun sahibi mövcud nöqsanları aradan qaldırmalı, qıs mövsümü ilə əlaqədar avtobusdakı istilik sistemini işlək vəziyyətə salmalıdır. Əks - təqdirdə sərnişinlər 50 nömrəli marşrutun fəaliyyətindən narazı qalacaqlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
03 Sentyabr 2026 08:30
Bakıda hansı yollarda tıxac var? - SİYAHI
01 Sentyabr 2026 18:20
Hazırda bu yollarda sıxlıq var - SİYAHI
01 Sentyabr 2026 11:08
Honda və Nissan əməkdaşlıq edəcək
01 Sentyabr 2026 08:39
Bu yollarda TIXAC var
01 Sentyabr 2026 08:30
Azərbaycanda AA seriyalı maşınlar "su qiymətinə" satışa çıxarılır
31 Avqust 2026 18:21
16 istiqamətdə tıxac var - SİYAHI
31 Avqust 2026 10:27
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
31 Avqust 2026 09:00


Bakı -°C

