Xidmət sahələri camaatı niyə aldadır?!
Hər bir xidmət sahəsi əhaliyə qanun çərçivəsində xidmət etməyə borcludur.
Yəni onlar müqavilə şərtlərinə uyğun addım atmalıdırlar. Təəssüf ki, bu, çox vaxt belə olmur. Məsələn, " Azəristiliktəchizat" abonentlərin bəzi hallarda hüququn pozur. Belə ki, mənzillərin qızdırılması zamanı mənzilin kvadratına uyğun olaraq eyvanı( balkonu) da ora daxil edirlər.
Deyin görək, hansı eyvanda istilik sistemi var.Və açıq olan o eyvanı qızdırmaq kimə lazımdır? Heç mənzillərdə istilik sisteminin hamısı normal qayda da işləmir və bəzisi yanmır. Amma buna baxmayaraq, məlum qurum istilik verdi, vermədi bu pulu əhalidən alır. Üstəlik də, mənzillərə verilən istiliyin tempraturu da, yüksək deyil.Bütün xidmət sahələri, ancaq öz mənafeyini düşünür və abonentlərin barəsində fikirləşən yoxdur.
" Azəristiliktəchizat" əgər ədalətli və obyektiv mövqe tutmaq istəyirsə, onda zəhmət çəkib digər xidmət sahələri kimi, mənzillərə sayğac quraşdırsın. Eyni zamanda bütün binalara normal qaydada istilik versin. Bax , bundan sonra bütün narazılıqlara son qoyula bilər!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Sentyabr 2026 00:05
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində - FOTOLAR
23 Sentyabr 2026 23:32
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
23 Sentyabr 2026 17:15
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14
Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir - VİDEO
22 Sentyabr 2026 11:35


Bakı -°C

