Sahibkarlara gün verib, işıq vermirlər
Ölkəmizdə sahibkarlığın inkişafına həmişə dövlət səviyyəsində böyük qayğı göstərilir.
Ölkə Prezidenti cənab İlham Əliyev respublikamızda sahibkarlığın tərəqqisi üçün hər cür şəraitin yaradılmasını təmin edir. Amma di gəl ki, bəzi qurumlar kiçik sahbkarlığın inkişafına maneçilik törədir, el dilində demiş olsaq, onlara badalaq atırlar. Xüsusilə də kənd rayonlarında belə sahibkarları gözüm çıxdıya salır, onlara gün verib , işıq vermirlər. Məsələn, heyvandarlıqla məşğul olan kiçik sahibkarlar deyirlər ki, artıq onların bir çox bu işdən əl çəkib.
Çünki onlar mal-qaranı otarmaq üçün örüş sahəsi tapa bilmirlər. Amma böyük sahibkarlar var ki, onların min hektarlarla torpaq sahəsi var. Belə sahibkarlar həmin yerdə həm taxıl əkir, həm də heyvan saxlayır. Üstəlik də yerli icra orqanları kiçik sahibkarlara lazımi şərait yaratmırlar. Belə də olanda istər- istəməz onların hüquqları pozulur və narazılıq yaranır. Bunula yanaşı, onları aidiyyatı olmayan işlərin görülməsi tapşırıqları verilir.
Əgər ölkəmizdə məhsul istehsalı sahəsində bolluq yaratmaq istəyiriksə, onda kiçik sahibkarlığın inkişafına şərait yaratmalı, bu işə maneçilik törədən amilləri aradan qaldırmalıyıq. Heç şübhəsiz, bu addımların atılması həmin insanların ürəyincə olardı!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Dekabr 2025 17:00
İlham Əliyev və xanımı Ağdamda sakinlərlə görüşdü - FOTOLAR + YENİLƏNİB
24 Dekabr 2025 16:24
"Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib - VİDEO
24 Dekabr 2025 15:24
Prezident və xanımı Xankəndidə açılışda - FOTOLAR + YENİLƏNİB
24 Dekabr 2025 13:50
Sabah qar yağacaq - PROQNOZ
24 Dekabr 2025 13:07
Daha 169 nəfər doğma yurda döndü - YENİLƏNİB
24 Dekabr 2025 11:48
Səma VİDEOsuna görə işdən qovula bilər - Nazirdən açıqlama - VİDEO
24 Dekabr 2025 11:33
Himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb
24 Dekabr 2025 10:29


Bakı -°C

