Tək-tənha qalacaqsan sən !
Dara düşən zaman,çağırma əbəs,
Heç nədən,heç kəsdən gəlməyəcək səs.
Qaçıb gizlənəcək,inan ki,hər kəs,
Meydanda tək-tənha qalacaqsan sən !
Dərsini yaxşıca alacaqsan sən !
******
Çox ağır olacaq,bil,həyat dərsin.
Yaddından çıxassan,inan hər kəsin.
Öləcək həyata olan həvəsin,
Meydanda tək-tənha qalacaqsan sən !
Dərsini yaxşıca alacaqsan sən !
******
Gen gündə başına toplaşan dostlar,
Məclisdə adına deyilən tostlar,
Kəsiləcək hər an,gələn o səslər.
Meydanda tək-tənha qalacaqsan sən !
Dərsini yaxşıca alacaqsan sən !
******
Hər zaman yolunda ölümə gedən,
Kənarda qalacaq,bilmir nədən,
Guya küsülüdü,irəldən-geridən.
Meydanda tək-tənha qalacaqsan sən !
Dərsini yaxşıca alacaqsan sən !
******
Cavab gəlməyəcək sənin zənginə.
Acıqlar tutacaq söz ahənginə.
Yazığın gələcək sən öz rənginə.
Meydanda tək-tənha qalacaqsan sən !
Dərsini yaxşıca alacaqsan sən !
******
Gen gündə “bir sözün qanundu”-deyən,
Səninlə danışıb,səninlə yeyən,
Dar gündə o olar,aranı əyən.
Meydanda tək-tənha qalacaqsan sən !
Dərsini yaxşıca alacaqsan sən !
******
Etmisənmi? edəcəklər deyirlər.
Köməyinə yetəcəklər,deyirlər.
Yaman kəslər bitəcəklər,deyirlər.
Meydanda tək-tənha qalacaqsan sən !
Dərsini yaxşıca alacaqsan sən !
******
Dara düşənlərə,köməy eyləyin.
Kötü günlərini yolda əyləyin.
Bil,ələmək adətidi ələyin.
Meydanda tək-tənha qalacaqsan sən !
Dərsini yaxşıca alacaqsan sən !
******
Sözlərimi yaxşı saxla yadında.
Yanacaqsan,öz dərdinin odunda.
Qalmayacaq,adın belə,yadında.
Vaxt gələcək tənha qalacaqsan sən !
Dərsini yaxşıca alacaqsan sən !
******
Bir dostuma həsr edirəm.
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər
05 Sentyabr 2026 10:47
“Ateizm bizə alternativ düşüncə kimi lazımdır...”
03 Sentyabr 2026 15:04
Əbülfət Mədətoğlu: Güvəndiyim vurdu məni
03 Sentyabr 2026 09:00
DƏLİXANALAR DƏLİYƏ HƏSRƏT...
02 Sentyabr 2026 13:33
NƏ YAXŞI Kİ, DOĞULDUN...
02 Sentyabr 2026 12:34
İstanbulun Rami Kitabxanası dünyanın ən yaxşı “yaşıl kitabxanası” seçildi - FOTOLAR
02 Sentyabr 2026 12:24
“Cəmiyyətimizdəki bütün eybəcərliklərin səbəbi iradə ilə yönləndirilən ağıl çatışmazlığıdır”
02 Sentyabr 2026 11:34
YADIMDA DÜŞDÜ... - Asif Talıboğlu yazır
02 Sentyabr 2026 11:32


Bakı -°C

