Qrip tüğyan edir...
Artıq qış gələndən , havalar soyuyandan müxtəlif virusların inkişaf üçün münbit şərait yaranıb.
Təbii ki, qışda xəstəliklərin yayılması daha çox təhlükə törədir. İnsanlar isə birmənalı olaraq bu cür xəstəliklərə biganə yanaşır, özlərini qorumurlar. İndi də. mənşəyi bilinən və bilməyən müxtəlif qrip virusları tüğyan edir. Kəskin respirator virus aydındır ki, insanların səhhətində daha ciddi problemlər yaradır. Bu xəstəlik həkimlərin dediyinə görə, üç gün yüksək hərarətlə keçir , hətta temperatur 42 dərəcəyə qədər yüksəlir.
Aydındır ki, belə bir durumda xəstələr mütləq həkimə müraciət etməlidir. Yaxud da ev şəraitində müalicə olunmalı, insanlarla ünsiyyətdən çəkinməlidirlər. Əgər insanlar vaxtında müalicə olunmazsa, bunun sonradan ağır fəsadları ola bilər. Yəni sətəlcəm olmaq təhlükəsi mövcuddur.Artıq ölkəmizdə iki uşaq yüksək hərarətdən ölüb. Çox təəssüf ki, bu təhlükəli xəstəliklə bağlı əhali yetərincə maarifləndirilmir. Televiziya kanalları hər cür səviyyəsiz verilişlərə vaxt ayırır, amma insanların maariflənməsinə bir süjet belə yardım etmir.
Reklam olunan həkimlərdən savayı, xəstəliyin tüğyan etdiyi günlərdə, savadlı həkimləri televiziyalara dəvət etmirlər ki, onlar insanların xəstəliklərdən qorunması ilə bağlı məsləhət versinlər. Xəstə olan insanlar metroda, avtobusda maska taxmır, hətta asqıranda belə əlləri ilə ağzını tutmur. Burdan belə bir nəticə çıxır ki, hələ bu virus çox yayılacaq. Risk qrupuna daxil olanlar və uşaqların özlərini qorumaqdan başqa çıxış yolları qalmır.
Bu çıxış yollarından biri də belə insanların qripə qarşı peyvənd edilməsidir. Çünki xronik xəstəliyi olan insanlar peyvənd olunanda ya qripə tutulmur, ya da tutulsa , yüngül keçirir! Beləliklə, soyuq havalar davam etdikcə, qrip də bizdən əl çəkməyəcək. Bundan xilas olmağın yeganə yolu isə sanitar-gigiyenik qaydalara əməl etmək, kütləvi yerlərdə, metroda, avtobusda olarkən maska taxmaqdır!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20


Bakı -°C

