Qar yağsa...
Adətdən qış mövsümündə bizim ölkədə qar bir qədər çox yağmır və yağanda da insanlar sevincindən papaqların göyə atırlar.
Sinoptiklərin verdiyi məlumata görə yanvarın 20- dən sonra ölkəmizdə qar yağacaq.Amma bizim ölkəmizə qar sevincdən çox çətinliklər yaradır. Bunları bir- bir sadalayıb oxucularımızı yormaq istəmirik. Qarın yaratdığı problemlərdən biri də nəqliyyat vasitələri ilə bağlıdır. Çünki soyuq havalarda qar yağanda yollar buz bağlayır, sürüşkən olur və qəzalar baş verir. Ona görə də belə çətin hava şəraitinə hər bir sürücü hazır olmalıdır! Bakı-Şamaxı- Ağsu avtomobil yolunda da qar yağanda nəqliyyat vasitələrinin hərəkəti çətinləşir.
Bu barədə biz Yol Patrul Xidməti Alayının üçüncü tağımı ilə əlaqə saxladıq. Tağım komandiri Yrfət Şükürov bildirdi ki, bizim əməkdaşlarımız həmişə çətin hava şəraitinə hazır olub. Qar yağanda və yollar buz bağlayanda hərəkətin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görürük. Yəni yollar Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən texnikalarla qardan təmizlənir və yola qum qarışıq duz səpilir. Bu işdə yol polisi də onlara yaxından kömək edir.
Bununla yanaşı, çətin havada müxtəlif nəqliyyat vasitələrinin sürücüləri stasionar postlarda saxlanılır, onlar maarifləndirilir və lazımi köməklik göstərilir! Hərəkət çətinləşdirən yerlərə isə əlavə naryad göndəririk. Heç şübhəsiz, qar yağanda və nəqliyyat vasitələrinin hərəkəti çətinləşəndə sürücülər yol hərəkəti qaydalarına daha məsuliyyətlə yanaşmalı, hava şəraitinə uyğun sürət həddi seçməli, ara məsafəsi saxlamalı, avtomobil texniki cəhətdən saz olmalı, qış təkərlərindən istifadə olunmalı və qəza işıqlarından istifadə etməlidirlər! Göründüyü kimi, qar yağanda avtomobilləri təhlükəsiz idarə etmək üçün yol polisinin tövsiyələrinə sürücülər birmənalı olaraq əməl etməlidirlər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
02 Sentyabr 2026 17:19
Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur
02 Sentyabr 2026 10:34
Pensiyalarla bağlı yeni xəbər - 152 min nəfər...
02 Sentyabr 2026 10:09
Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı
01 Sentyabr 2026 20:00
Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək
01 Sentyabr 2026 18:10
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar
01 Sentyabr 2026 16:31
362 nəfərdən ibarət köç karvanı Ağdama çatdı - YENİLƏNİB
01 Sentyabr 2026 16:22
Bağçada uşağın qanından psixotrop maddə tapıldı - RƏSMİ AÇIQLAMA
01 Sentyabr 2026 13:01


Bakı -°C

