Mənzillərə istilik normal verilmir...
Mənzillərin qızdırılması soyuq qış günlərində elə də asan məsələ deyil. Təbii ki, biz də istəyirik ki, evlərimiz isti olsun. Bu mənada " Azəristiliktəchizat"ın üzərinə böyük məsuliyyət düşür.
İndi gəlin görək məlum qurum həmin vəzifənin öhdəsindən layiqincə gəlirmi? Aydındır ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki mənzillərinə normal istilik verilənlər də var, verilməyənlər də. Amma Yeni Günəşlinin " D massivi 13 nömrəli binada yaşayanlər " Azəristiliktəchizat " onlara xidmətindən narazılıq edirlər.
Binanın sakinlərindən biri, Prezident təqaüdçüsü, şair- publisist Səməndər Məmmədov deyir ki, düzdü bizə istilik verilir, amma çox zəif və verilən istilik mənzillərimizi yetərincə qızdırmır. Ona görə də məcbur olub, evlərimizi elektrik sobaları ilə isifirik və bu da bizə ayın axırında çox baha qiymətə başa gəlir. Biz gözləyirdik ki, istiliyin qiyməti 15 qəpikdən, 30 qəpiyə qalxandan sonra mənzillərimizə normal istilik veriləcək.Ancaq əksinə oldu, istilik bir az da azaldı.
Səməndər müəllim onu da deyir ki, istiliyi bizə mənzillərin kvadratmetr görə verirlər. Hansı ki , orda eyvan, dəhliz, hamam otağı da nəzərə alınıb. Bu isə həm qanunsuzluq, həm də ədalətsizlikdir. Niyə bizdən artıq pul alınmalıdır. Qoy onlar da digər xidmət sahələri kimi , sayğac qoysunlar və sayğacın yazdığı pulu alsınlar.
Yeni Günəşlidəki qazanxana müdiri Məhəmməd müəllim deyir ki, qazanxanada istiliyin verilməsində müəyyən texniki problemlər var, tezliklə onu həll edəcəyik və sakinlərə normal istilik verəcəyik. Həmin çətinliklər bir neçə gündür yaranıb. Bax belə yəqin günəşli camaatı tezliklə normal istiliklə təchiz edilər!
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Oktyabr 2026 16:44
Azərbaycanda 923 uşaq övladlığa verilib
08 Oktyabr 2026 13:30
Sabah Bakıda yağış yağacaq
07 Oktyabr 2026 13:46
Ayın 8-də də yağış yağacaq - Proqnoz
07 Oktyabr 2026 13:17
Azərbaycanda ov mövsümü başlayır - Bu tarixdən
07 Oktyabr 2026 11:41
"Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri
07 Oktyabr 2026 11:31
Yayda dəniz, qışda dəm qazı...
07 Oktyabr 2026 10:55
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
07 Oktyabr 2026 09:56


Bakı -°C

