Hər kitab bir ürəkdi...
Bu gün kitab oxuyan adamlar dünyada o qədər də çox deyil.
Bizim ölkəmizdə isə lap azdır. Çünki internet resursları, sosial şəbəkələr elə çoxalıb ki, informasiya bolluğunada inanlar yeni texnologiyalara çap mətbuatından, kitabdan artıq önəm verirlər. Amma vallah, kitabın yerinə o dediyimiz mənbələrin heç biri verə bilməyib və bundan sonra da verə bilməyəcək. Ona görə də orta və yaşli nəsildən olan insan bu gün kitaba daha böyük sevgi göztərir. Tələbə yoldaşım, istedadlı yazıçı - jurnalist Zemfira Ələkbərova da son vaxtlar bir- birindən gözəl romanlar, povestlər, hekayələr və publisistik yazılar qələmə alıb. Və onları kitab şəkilində çap etdirib.
Zemfira xanımın" Qızıl gülün göz yaşları" kitabında roman, povest, hekayə və publisistik yazıları toplanıb. " Qızıl gülün göz yaşları" romanında hazırda geniş yayılmış narkomanlığın ailələrə necə bədbəxtlik gətirdiyidən, qadınlara qarşı zorakarlıqdan, qızları təhsildən yayındıran ,erkən yaşlarda ərə verilməsinin acı nəticələrindən söhbət açılır. Heç şübhəsiz, bütün bunlar oxucunu düsündürür, həyata açıq gözlə baxmağa sövq edir.
" Ölüm mələkləri" ndə isə vətənimizin əzəli və əbədi düşməni olan ermənilərin biz türklərə qarşı törətdikləri soyqırımdan, gənclərimizin vətənpərvərliyindən, onların düşmənə qarşı necə birləşib mübarizə aparmasından bəhs edilir. Düşünür ki, Zemfira Ələkbərovanın hər iki kitabı oxucular tərəfindən böyük maraqla qarşılanacaq!..
Emil Faiqoğlu
Digər Xəbərlər
11 Iyul 2026 15:28
"Bu həyat sanki bir yuxu kimidir..." - Leyla Əliyeva yeni şeirini paylaşdı
11 Iyul 2026 01:07
Rafiq ƏLƏKBƏR: Sabir Rüstəmxanlı qalası
09 Iyul 2026 10:52
İyunun “Ulduz”u çapdan çıxdı
08 Iyul 2026 17:35
Təkliklə Birlik Arasında İnsan
08 Iyul 2026 13:14
‘’Qardaşılıq və müttəfiqliyin ali zirvəsi’’ İslam Sivilizasiyası Forumunda təqdim edildi
08 Iyul 2026 11:22
Nəriman Həsənzadənin son durumu…
07 Iyul 2026 10:30
Əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyinə gecikmiş yazı
07 Iyul 2026 09:00


Bakı -°C

