Şəlalə Camal: Sənsizlik içimdə çökən sükutdur
Demədim "yuxuma gəl gecə yarı",
Gördüyüm kabuslar çin olar birdən.
Mənim də şairin dediyi kimi:
"Dəli bir ağlamaq keçir könlümdən".
Sənsizlik içimdə qopan fırtına,
Sənsizlik içimdə çökən sükutdur.
İnsan ürəyini daşa döndərən,
De, kimi qınayım, bu gedişdə mən?
İllər ovundurmur könlümü, bilsən,
Haçandır aparır məni dərd, fikir.
Xeyri yoxdu artıq nəsə edəsən,
Hər kəs öz dərdinin yükünü çəkir.
Digər Xəbərlər
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05
“Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”
10 Sentyabr 2026 10:57


Bakı -°C

