Günəş kimi parlayasan,ay gözəl

Dodaq qaymaq,göz piyalə,dil şəkər,
Günəş görsə,işığını tez çəkər.
Qarşısında lal dil açar,diz çökər.
Yaman gözə gəlməyəsən ay gözəl.
******
Qəddi-qamət inan,canlar alandı,
Pərilərin gözəlliyi yalandı.
Qaşı-gözü yarı dərdə salandı.
Yaman gözə gəlməyəsən,ay gözəl.
******
Yanaqları sanki,dağlar laləsi.
Çox gözəldi,bu elin Xəyaləsi.
Xəstə ayın bil,səndədi çarəsi.
Bir gül kimi solmayasan,ay gözəl.
******
Yamanları ilk baxışdan oxuyur,
Yaxşıları ürəyinə toxuyur.
Hər bir kəsi yaddaşında saxlayır.
Heç vaxt qəmli olmayasan,ay gözəl.
******
Öz dərdin gizlədir,öz dərdin danır,
Özgənin dərdini,öz dərdi sanır.
Hər dayma,özgənin yerinə yanır.
Boş xəyala dalmayasan,ay gözəl.
******
Bu nə qaşdı,bu nə gözdü,qap-qara.
Dara,gözəl saçlarını,sən dara.
Gözəl çöhrən bənzəyir bir bahara.
Ömrün boyu gurlayasan,ay gözəl.
******
Danışanda ətir saçır sözlərin,
İşvələnir,işıq saçır gözlərin.
Yadımızdan çıxmayassan bizlərin.
Ulduz olub parlayasan,ay gözəl.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.