50 nömrəli marşrutda işləyən sürücü qoçuluq edir
Bakıda əksər marşrutlarda qayda- qanun yaradılsa da, amma 50 nömrəli marşrutda işləyən avtobuslarda dərəbəylik hökm sürür.Sürücülər avtobusu təmiz saxlamır, qarajdan çıxanda texniki sazlıq yoxlanılmır, onlar həkim müayinəsindən keçirilmir.
Bununla yanaşı, bəzi sürücülər siqaret çəkir, mobil telefonla danışır, bu da diqqətin yayınmasına və qəzaların baş verməsinə münbit şərait yaradır.Belə sürücülər bu marşrutda kifayət qədərdir. Belə ki, martın 18- də saat 12:15- də bu marşrutda hərəkət edən 90- HS- 593 nömrəli avtobusa idarə edən sürücü sərnişinlərlə kobud rəftar edir, özünü normal aparmırdı. Sərnişinlər onu iradın bildirəndə o, əsəbləşir və özündən çıxırdı.
Bir yaşlı qadın onu dedi ki, oğul , maşını yavaş sür, mümkünsə , qəbiristanlıqda saxla düşüm. Sürücü isə heç nəyə əhəmiyyətli vermir, kobud hərəkətlərini davam etdirirdi. Hətta həmin avtobusun sürücüsü masını saxlayıb sərnişinin üstünə hücum çəkdi. Yaşlı insan isə diləndi ki, nədir, düz söz dediyimə görə, məni döyəcəksən, , üstümə gəlirsən?! Sürücü özünü qoçu kimi aparır , hələ atası yaşda olan kişini vurmaq istəyirdi. Sərnişinlərin iradından sonra özünü bir qədər yığışdırdı!
Biz üzümüzü marşrutun sahibinə və Yerüstü Nəqliyyat Agentliyinə tutub deyirik:" Belə kobud, mədəniyyətsiz və qoçuluq edən sürücülərdən sərnişinlərin canını xilas edin! Əks- təqdirdə xoşagəlməz hadisələr baş verə bilər."
Emil Faiqoğlu
Digər Xəbərlər
11 Iyul 2026 11:47
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - VİDEO
11 Iyul 2026 10:31
Ukrayna azərbaycanlıların idarə etdiyi daha bir GƏMİNİ VURDU - VİDEO
10 Iyul 2026 17:57
Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi
10 Iyul 2026 15:19
Kəlbəcərdə mina partladı
10 Iyul 2026 12:28
Turizm şirkətinin maşını ilə ayını vurub öldürdü
10 Iyul 2026 11:29
Şüvəlanda dənizdə batan 19 yaşlı qız hələ də axtarılır - VİDEO
09 Iyul 2026 18:46
Bakıda keçmiş arvadını güllələyən kişinin son vəziyyəti açıqlandı
09 Iyul 2026 13:43


Bakı -°C

