Dindarla dinsizin mübahisəsi
Bir dinsiz varmış,deyir həyatda,
Yamanlıq edərmiş,o hər saatda.
Deyirmiş:“Allaha mən inanmıram,
Deyirmiş,qismət var?belə sanmıram”
Bu dinsiz dindara suallar verir,
Dindarda dərindən nəfəsin dərir,
Söyləyir ki,buyur,gəl gedək bizə,
Gəl,birgə başlayaq söhbətə,sözə.
Dedi ki,söylədim kəndin yasında,
Dedi ki,söylədim söz əsnasında,
Dedim ki,torpaqdan yaranıb insan,
Torpağa dönəcək,bir gün çox asan.
Şeytanı odlardan yaradıb Allah,
Odda yandıracaq,şeytanı Vallah.
Dinsiz kəs etiraz eylədi ona,
Dedi ki,bu işi çatdıraq sona.
Torpaqdan yaranan,torpağa dönür.
Odlardan yaranan,odlarda yanır.
Heç belə şey olar?-dedi dindara,
Dindar da bu işə tez tapdı çara.
Baxmadı,dinsizin 70 yaşına,
Saxsını götürüb,vurdu başına.
Bu dəmdə dinsizin ürəyi getdi.
Dindar da dinsizə tez kömək etdi.
Özünə gələndə,soruşdu ondan,
Soruşdu ürəkdən,soruşdu candan,
Dedi ki,demişəm,deyirəm yenə,
Ağrını-acını sən göstər mənə,
Dinsiz söylədi ki,ağrı görünmür,
Ağrı hiss olunur,amma bilinmir.
Dindar söylədi ki,sən bizə gəldin,
Mənimlə danışdın,mənimlə güldün,
Sənin bu gəlişin,adi cəhətdi.
Lap dəqiq söyləsək,bu bir qismətdi.
Allah da ağrı tək görünmür gözə,
Amma kömək edir,hər birimizə.
Saxsı qab torpaqdan hazırlanıbdı,
İnsanlar da torpaqdan yaranıbdı.
Torpaqla torpağı vurmaq olarsa,
Sonra da qeydinə qalmaq olarsa,
Bil,odu da odda yandırmaq olar.
Sən təki dinsizi qandırmaq olar.
Deməli şeytanlar odda yanacaq.
İnsanın üstünü torpaq alacaq.
Şeytan təbiətli insanın bir gün,
Dəyəcək qəlbinə inan dağ,düyün.
Bacarılan qədər yaxşılıq edin,
Hər zaman Allaha dualar edin.
Qəlbindən nifrəti,pisliyi qopar,
Xeyirxah insanlar rahatlıq tapar.
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin menecment ixtisası tələbəsi.
Digər Xəbərlər
05 Sentyabr 2026 10:47
“Ateizm bizə alternativ düşüncə kimi lazımdır...”
03 Sentyabr 2026 15:04
Əbülfət Mədətoğlu: Güvəndiyim vurdu məni
03 Sentyabr 2026 09:00
DƏLİXANALAR DƏLİYƏ HƏSRƏT...
02 Sentyabr 2026 13:33
NƏ YAXŞI Kİ, DOĞULDUN...
02 Sentyabr 2026 12:34
İstanbulun Rami Kitabxanası dünyanın ən yaxşı “yaşıl kitabxanası” seçildi - FOTOLAR
02 Sentyabr 2026 12:24
“Cəmiyyətimizdəki bütün eybəcərliklərin səbəbi iradə ilə yönləndirilən ağıl çatışmazlığıdır”
02 Sentyabr 2026 11:34
YADIMDA DÜŞDÜ... - Asif Talıboğlu yazır
02 Sentyabr 2026 11:32


Bakı -°C

