17 Aprel 2025 16:21
283
ƏDƏBİYYAT

De,niyə bu qədər ögey olmusan?

Mən səni özümə doğma bilirdim.

Mən səni düşünüb,sənlə gülürdüm.

Sən qəmgin olanda inan,ölürdüm.

De,niyə bu qədər ögey olmusan?

******

Sən mənim qanadım,sən mənim qolum,

Min dərdin olsada,hamısın alım,

Şirin yuxu olum,gözünə dolum.

De,niyə bu qədər ögey olmusan?

******

Canımı yolunda qurban verərdim.

Ağrını,acını bir-bir dərərdim.

Şirin nemət kimi cana sərərdim.

De,niyə bu qədər ögey olmusan?

******

Bu ögeylik məni yandırar,yaxar.

İnan ki,göylərdən yerlərə çaxar.

Mənə düşmən olar,qəlbimi oxlar.

De,niyə bu qədər ögey olmusan?

******

Dərdimi səninlə yarı bölərdim.

Cəhənnəmə getsən,sənlə gələrdim.

Bacarsam,adını qəlbdən silərdim.

De,niyə bu qədər ögey olmusan?

******

Bacarsaydım,mən yerinə ölərdim.

Çağırsaydan,o dünyadan gələrdim.

Sənin üçün,öləndə də gülərdim.

De,niyə bu qədər ögey olmusan?

******

Sən mənə nə qədər ögey olsanda,

Məndən kənar qaçıb,uzaq qalsanda,

Əzreyil tək,lap canımı alsanda,

Demərəm,sən mənə ögey olmusan?

******

Sevin,sizi sevənləri mən qədər.

Yaman olun,yamanlara çən qədər,

Dünya qədər,cahan qədər,sən qədər,

De,niyə bu qədər ögey olmusan?

******

Hər yerdə mən səni izləyəcəyəm.

Hər zaman yolunu gözləyəcəyəm.

Ağlayıb,sonra da hey deyəcəyəm,

Sən,niyə bu qədər ögey olmusan?

De,niyə bu qədər ögey olmusan?

******

Bu şeiri,tələbə yoldaşlarımın istəyini nəzərə alaraq yazdım.

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.