Qəbir yeri neçiyədir?
İndi kiminsə , yaxını rəhmətə gedəndə dərd onu götürür.Bilmir ki, dərdini cəksin, yoxsa qəbir yeri axtarsın.
Bu, Bakıda daha çətindir. Şəhərin mərkəzində demirik, Əhmədlidə, Yeni Günəşlidə, Dədə Qorqudda, Hövsanda qəbir yerləri çox bahadır. Məsələn, Əhmədli ilə Yeni Günəşli arasındakı qəbiristanlıqda yer tapmaq o qədər də asan deyil. Tanışın- bilişin və ən əsası pulun olmasa, rəhmətə gedənini dəfn edə bilməyəcəksən. Orda qəbir yeri 4- -5 min manat arasındadır. Qonşumuzda rəhmətə gedən vardı, adını çəkdiyimiz yerdə yer tapa bilmədi.
Daha doğrusu, tapdı ey, baha olduğuna görə imkanı olmadı. Axırda 3500 - ə Dədə Qorqudda çətinlikəsə də olsa, yer tapıb , əzizini dəfn edə bildi. Hökumət verdiyi dəfn puluna bel bağlamsa, onda gərək ölün ortalıqda qala. Elə bilirsiniz belə vəziyyətə düşən adamlar olmur? Olur, niyə olmur!
Xalq artisti, istedadlı və gözəl müğənni, son dərəcə tərbiyəli və ziyalı insan Cavan Zeynallının həyat yoldaşı rəhmətə gedəndə pulu olmadığına görə və qəbir yeri baha olduğu üçün rəhmətə gedəni bir neçə gün evdə saxlayıblar. Axırda xanımı Bakıdan aparıb, vətəni Qusarda dəfn ediblər.Məgər bundan böyük ədalətsilikmi olar? Xalq artisti həyat yoldaşını Bakıda dəfn edə bilmədi. Bax , belə indi ölkədə elə bir şərait yaradılmalıdır ki, hər bir insan Bakıda istədiyi yerdə rəhmətə gedənini dəfn edə bilsin. Bakıda isə qəbiristanlığın müdirləri pul qazanmaq haqqında fikirləşirlər. Kasıbı düşünən kimdir, ay rəhmətliyin uşaqları!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

