İstilər gəlir, bir çox avtobuslarda...
Havalar isti olanda kondisioneri olmayan avtobus və avtomobillərdə mənzil başına getmək daha çətin olur.
Əlbəttə, bunları başa düşmək olur. Amma onu başa düşmək olmur ki,bəzi avtobus marşrutlarında işləyən avtobuslarda kondisionerlər yoxdur. Təbii ki, bu da sərnişinlərin haqlı narazılğına səbəb olur. Məsələn, metronun " Neftçilər" stansiyasından Yeni Günəşliyə hərəkət edən 50 nömrəli marşrutda hərəkət edən avtobuslarda heç vaxt kondisioner olmayıb.
Və şübhəsi bu yayda olmayacaq. Ən azından ona görə ki, həmin avtobusların hamısı fiziki və mənəvi cəhətdən köhnəlib. Yəni onlar istismar müddətini başa çatdırıb. Yəni gərək sahibkar yeni avtobuslar almalı və xəttə buraxmalıdır. Reallıq isə bundan ibarətdir ki həmin sahibkarın bunları indiki vəziyyətdə icra etməyə maddi imkanı yoxdur.
Deməli, bu yay da 50 nömrəli avtobusalardan istifadə edənlər istidən bişəcək. Sürücülər isə çıxış yolunu avtobusları qapısıaçıq idarə etməkdə görəcəklər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
18 Sentyabr 2026 15:22
Yeni pişik növü kəşf edilib
18 Sentyabr 2026 09:34
Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
18 Sentyabr 2026 09:17
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
17 Sentyabr 2026 17:05


Bakı -°C

