“Macarıstan Aİ perspektivindən də Azərbaycanı uğurlu tərəfdaş kimi görür”
Azərbaycan-Macarıstan hər zaman ikitərəfli münasibətlərin inkişafında maraqlı olub. Bakı ilə Budapeşt arasında siyasi əlaqələrin inkişafı bütün başqa sahələrə də müsbət təsir göstərir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Macarıstan hər zaman Aİ perspektivindən də Azərbaycanı uğurlu tərəfdaş kimi görür. Bu vaxta qədər ölkələrimiz arasında 50-dən çox sənəd imzalanıb. Tərəflər beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir. Təsadüfi deyil ki, cari ilin aprelində dost Macarıstan Avropa İttifaqının Ermənistana 10 milyon avro dəyərində əlavə hərbi yardım ayırmasına veto qoyub.Macarıstan həmin vəsaitin ayrılmasını da aylarla bloklayıb, oxşar yardımın Azərbaycana da verilməsini tələb edib.
Yeri gəlmişkən, bu ölkəyə səfər edən Prezident İlham Əliyev də Avropa İttifaqına daxil olan ölkənin öz milli maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq adlandırıb. Macarıstan bu gün Aİ məkanında kənar qüvvələrin macar cəmiyyətinə dağıdıcı təsir cəhdlərini qətiyyətlə neytrallaşdırmağı bacarmaqla fərqlənir.
Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə də tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazır olduqlarını bəyan ediblər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunur.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Xüsusilə enerji sahəsində Macarıstan Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu ölkənin baş naziri Viktor Orban da öz növbəsində bəyan etdi ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bu ölkənin yanında olub. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox maliyyə sərf etməli olardı.
Macarıstan həm də Azərbaycanın neft yataqlarında paya malikdir. Rəsmi Budapeşt bunu təkcə iqtisadi baxımdan deyil, mənəvi baxımdan da vacib hesab edir. Belə ki, Viktor Orban da qeyd etdi ki, məhz bu dostluq sayəsində onun ölkəsi özünü daha az mürəkkəb və həssas vəziyyətdə hiss edir.
Azərbaycan ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Prezident İlham Əliyev Viktor Orbanla görüş zamanı da qeyd etdi ki, “biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək”.
Azərbaycanla Macarıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla əməkdaşlıq edir. Bu ölkə 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alıb. Macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab etdiyi üçün rəsmi Budapeştin sözügedən təşkilatda təmsil olunmağa tam haqqı çatır. Budapeştdə keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə rəqəmsallaşma, enerji əməkdaşlığı, eləcə də mədəni irsin qorunması sahəsində koordinasiyanın dərinləşdirilməsi təşəbbüsü bir daha dəstəkləndi.
Qeyri-rəsmi zirvə görüşünün yekununda qəbul edilən, TDT-nin ümumi gələcəyini və strateji kursunu təsdiq edən Budapeşt Bəyannaməsi isə təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradır.
Üzv dövlətlər bir daha onların birliyini və həmrəyliyini pozmağa yönəlmiş istənilən təhdidlərin qarşısının alınması ilə bağlı qətiyyətli mövqe ifadə etdilər.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
21 Noyabr 2025 09:54
Azərbaycan və İsrail neft-qaz sahəsində birgə fəaliyyəti müzakirə ediblər
21 Noyabr 2025 09:47
YAP-ın təsisindən 33 il ötür
21 Noyabr 2025 09:25
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına...”
20 Noyabr 2025 16:47
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
20 Noyabr 2025 14:57
İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək
20 Noyabr 2025 12:59
Gələn ilin dövlət büdcəsi ilk oxunuşdan keçdi
20 Noyabr 2025 12:42
Elşən Musayev: “Dövlətimizin büdcəsi Qafqazın ən böyük büdcəsidir"
20 Noyabr 2025 12:23


Bakı -°C

