Yük maşını qarşı yola çıxırsa...
Heç kimə sirr deyil ki, bəzi sürücülərin məsuliyyətsizliyi, səhlənkarlığı ucbatından avtomobillər yoldakı beton maneəni dağıdıb qarşı tərəfdəki yol çıxır. Təbii ki, yol hərəkəti qaydasının kobud surətdə pozulması heç də qəzasız ötüşmür.
Bu zaman ən azından avtomobillər toqquşur, ölən və yaralananlar olur!Əlbəttə bu cür yol - nəqliyyat hadisələri baş verməsə yaxşıdır, amma baş verir. Bir neçə həftə bundan əvvəl Hava limanına gedən yolda yağışlı havada yüksək sürətlə hərəkət edən yük maşını idarəetmədən çıxıb , beton maneəni dağıdıb qarşı tərəfin yolunda minik avtomobilinin üstündə keçib. Nəticədə avtomobildəki üç sərnişin hadisə yerində dünyasın dəyişib. Yük maşının sürücüsünün məsuliyyətsizliyi ağır faciəyə səbəb olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Toğrul Nəsirli deyir ki, biz həmişə sürücülər tövsiyə edirik ki, qeyri-sabit hava şəraitində, eləcə də yağış yağanda diqqətli olsunlar, sürət həddinə əməl etsinlər və ara məsafəsi saxlasınlar. Təəssüf ki, bəzi sürücülər bizim maarifləndirmə işlərinə soyuq münasibət bəsləyir, nöqsanlarından nəticə çıxarmırlar. Ona görə də, bir daha sürücülərə tövsiyə edirik ki, hava şəraitini nəzərə alsınlar , özlərinin və hərəkət iştirakçıların taleyini düşünsünlər!
Emil Faiqoğlu
Digər Xəbərlər
17 Oktyabr 2026 00:24
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
16 Oktyabr 2026 17:13
İsmayıllıda qəza - Ölən və xəsarət alanlar var
15 Oktyabr 2026 14:10
Bakıda iki nəfərin öldüyü qəza - ANBAAN VİDEO
15 Oktyabr 2026 11:53
Nasaz yük maşını yolda qaldı - Tıxac yarandı
15 Oktyabr 2026 08:52
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
14 Oktyabr 2026 22:16
Bakıda məktəb mühafizəçisinə hücum edib başını yardılar
14 Oktyabr 2026 17:22
Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib
14 Oktyabr 2026 17:05


Bakı -°C

