Dəniz əzrayıla dönüb...
Hələ çimərlik mövsümü gəlməmişdən öncə bəzi adamlar çimməyə başlamışdılar. Yəni iyunun 10- dan elə adamlar var ki, dənizə çimməyə gediblər. Özü də nəzərə edilməyən yerlərə. Bu isə qanun pozuntusu olmaqla yanaşı, həm də təhlükə deməkdir.
Amma nə etmək olar? Bəziləri heç nəyə əhəmiyyət qoymayaraq yenə nəzarət yerlərdə çimiblər.Bir neçə gün bundan əvvəl- yeni iyunun 14-də iki yeniyetmə Şıx çimmərliyinin nəzarət olmayan yerində çimərkən boğularaq ölüblər.
Onların mobil telefonları cavab verməyəndən sonra doğmaları axtarmağa başlayıb.Və gəlib çimərlikdə paltarlarını və mobil telefonlarını tapıblar. Hansı ki, yeniyetmələrdən biri ilk dəfə idi ki, dənizi ğörübmüş və üzməyi bacarmırdı.
Dalğıcların uzun axtarışından sonra onların cansız bədəni sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Sözümüzün canı odur ki, çimərlik mövsümü başlamamışdan dörd nəfəri dəniz udub. Artıq iyunun 15- dən çimərlik mövsümü başlayıb. Həmin günü hava küləkli olsa da, dənizdə xeyli adam olub. Bütün qanuni fəaliyyət göstərən çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin çimərliyə nəzarət edən əməkdaşları fəliyyət göstərir.
Ona görə də, birmənalı olaraq o əməkdaşların tövsiyələrinə əməl edilməlidir ki, dənizdə boğulma halları olmasın.Və bir daha dəniz gedərkən hər bir insan diqqətli olmalı, küləkli havada suya görməməli, nəzarət edilməyən yerlərdə çimməməlidirlər.
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Oktyabr 2026 22:40
Cəbrayılda minaya düşən şəxs şəhid atasıdır
08 Oktyabr 2026 20:31
Həmin çobanın atası da eyni yerdə MİNAYA DÜŞDÜ
08 Oktyabr 2026 17:38
Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - VİDEO
08 Oktyabr 2026 16:36
Cəbrayılda mina partladı - Xəsarət alan var
08 Oktyabr 2026 00:55
Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından altı il ötür
07 Oktyabr 2026 15:26
Bakı-Qazax yolunda maşın aşıb, 3 nəfər ölüb - YENİLƏNİB
07 Oktyabr 2026 12:44
"Niva" dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı - VİDEO
06 Oktyabr 2026 12:05


Bakı -°C

