Şəlalə Camal: Bu qapı döyülməyəcək
Bu qapı döyülməyəcək…
Rahat əylən, rahat gül.
Qaçıb, tələm-tələsik
Qapı açmayacaqsan.
Bu qapı döyülməyəcək…
Rahat uyu gecəni.
Quş da dimdikləməyəcək
Bağlı, boş pəncərəni.
Bu qapı döyülməyəcək…
Göndər toyuq-cücəni.
Qapının kandarında
Çiçəklər cücərəni…
Bu qapı döyülməyəcək.
Ağrı dolu sözüm var,
Ağır, dolu izim var.
Dayan, sənə sözüm var:
Bu qapı döyülməyəcək.
Hər gün döyülən qapına
Bu qız daha gəlməyəcək.
Digər Xəbərlər
10 Oktyabr 2026 17:40
"Məndən ötdü...": tarix poetik şedevrin aynasında
10 Oktyabr 2026 13:00
“Gəlin, ayağımızın altında yatın, baxaq görək, divarın o üzündə nə baş verir?”
10 Oktyabr 2026 12:42
“Şeytana daş atanlar” türk dilində
09 Oktyabr 2026 17:06


Bakı -°C

