276 motosiklet,moped sürücü ilə söhbət olundu

Son vaxtlar Bakıda və respublikanın avtomobil yollarında motosiklet və mobedlərin iştirak ilə ağır yol- nəqliyyat hadisələri baş verib.
Heç şübhəsiz bu da narahatlıq yaratmaya bilməz. Həmin nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti qaydalarına əməl etmir, avtomobilləri sağdan və soldan keçir, piyadaların təhlükəsizliyinə məhəl qoymur , hətta qırmızı işıqda belə hərəkətlərini davam etdirirlər. Belə ki, moped və motosiklet sürücüləri son vaxtlar neçə - neçə hərəkət iştrakçısını piyada keçidin üstündə vurub.
Bəs bu nə deməkdir? Bu o deməkdir ki, bu cür sürücülərə qarşı yol polisi mübarizəni daha da gücləndirməlidir. Təbii ki, belələrinə qanun sərt üzü tətbiq edilməlidir! Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Toğrul Nəsirli deyir ki, biz onların hərəkətini daim diqqət mərkəzində saxlayırıq.
Belə ki, son vaxtlar 276 motosiklet və mobed sürücü ilə maarifləndirici söhbətlər aparmışıq . Onların nəzərinə çatdırmışıq ki, hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarına birmənalı olaraq əməl etməlidir! Onlar da bizim bu tövsiyələrəmizə əməl edəcəklərini bildiriblər.
Əlbəttə, əgər hər bir sürücü dediklərimizi və tövsiyələrimizi eşitsə, heç şübhəsiz ki, piyadaların vurulması və eləcə də digər yol - nəqliyyat hadisələri baş verməz. Ümüd varıq ki, onlar bu maarifləndirici söhbətlərdən nəticə çıxarıb baş verə biləcək yol- nəqliyyat hadisələrinin qarşısını alacaqlar!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI

İnsanlar özlərini belə etməklə başqasına göstərir...

Avtomobil hissələri niyə bahalaşıb?

Bu yollarda sıxlıq var - SİYAHI

Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!

Nəqliyyat vasitələrində işıqların nasazlığı qəza ehtimalını artırır - Xəbərdarlıq

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
