16 Iyul 2025 12:34
77
AVTOMABİL

Yolda qalan nasaz avtomobili...

Heç kimə sirr deyil ki, bəzi  avtomobillər texniki nasazlıq yarandığı üçün yolun hərəkət hissəsində qalır və qəza şəraiti yaradır.

Biz Bakının küçə və prospektlərində belə hadisələrə tez- tez rast gəlirik.Əlbəttə , belə hallar qəza şəraiti yaradır və digər  nəqliyyat vasitələrinə təhlükə törədir. Ona görə də bu cür vəziyyətdə sürücülər diqqətli olmalı, qəza işıqların yandırmalı və təhlükəsizlik qaydalarına riayət edilməlidir . Bir neçə gün bundan əvvəl Heydər Əliyev adına prospektdə avtomobil sıradan çıxıb və yolun hərəkət hissəsində qalıb və sürücü heç bir təhlükəsizlik təbirı görməyib və nəticədə arxadan gələn maşın həmin nəqliyyat vasitəsinə çırpılıb.

Həmin məsələrlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Toğrul Nəsirli sorğu ünvanladıq. T.Nəsirli sorğumuza cavab olaraq  bildirdi ki,  hərəkətin intensiv olduğu kücə və prospektlərdə  nəqliyyat vasitəsi sıradan çıxarkən sürücü avtomobili yolun hərəkət hissəsindən çıxarmalı və əgər bu, mümkün deyilsə,   onda  maşın evakuasiya edilməlidir.

Bütün hallarda sürücü lazımi təhlükəsizlik tədbirləri  görməyə borcludur. Və  ən başlıcası nasaz  nəqliyyat  vasitələri ilə   sürücülər yola çıxmamalı, avtomobilin texniki sazlığını daim diqqət mərkəzində  saxlamalıdırlar. Sürücülərə bir tövsiyəmizdə var ki, idarə etdikləri  avtomobilləri  vaxtında texniki baxışa təqdim etsinlər. Əgər belə olarsa, bax onda  avtomobil yollarında  bu cür yol- nəqliyyat hadisələri baş verməz!!!

Emil Faiqoğlu