Yeni Günəşlidə su niyə qəhətə çıxıb?
Yay gələndə həmişə Bakıda su problemı yaranır. Paytaxtın elə yaşayış sahələri var ki, ilboyu orda ya su qıtlığı yaranır, ya da su verilmir.
İsti yay günlərində bunun nə demək olduğunu suyu gəlməyən sakinlər daha yaxşı bilir. İndi də göydən " od yağır". Belə bir havada bir çox yaşayış yerlərinə su verilmir. Camaat " su" - deyib yalvarır. İri Şəhərlərin Su Təchizi Xidməti isə bu problemlərin həllinə nail ola bilmir. Yalan vədlərlə, boş sözlərə sakinləri aldadır və " yola verir". Bu isə birmənalı olaraq qanun pozuntusu olmaqla yanaşı, həm də məsuliyyətsizlikdir.
Məsələn, Yeni Günəşlidə on gündən çoxdur ki, əksər binalara su ya verilmir, ya da veriləndə gecə saat 12- də verilir. Bundan da , çox insanın xəbəri olmur və qonşulardan eşidir ki, gecə binaya su verilib. Suyun bir kubmetri bir manata satılır. Təbii ki, bu az qiymət deyil.Qiymətlər qalxanda aidiyyatı qurum deyirdi ki, suyun keyfiyyəti artacaq, xidmət yüksələcək. Amma suyun nə keyfiyyəti yaxşılaşdı, nə də xidmət yüksəkdi.
Görünən odur ki, bu qurum yalan vədlərlə sakinləri aldadacaq, əhalini davamlı olaraq su ilə təchiz etməyəcək! İnsanlar isə mənzillərində suyun verilməsini gözləyirlər.Qoy gözləsinlər görək bu işlərin axırı necə olur. Bəlkə insafları olub su verdilər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
15 Oktyabr 2026 12:43
Sabah yağış yağacaq
14 Oktyabr 2026 22:36
Prezident və ailə üzvləri qonaqlarla şam yeməyində - FOTOLAR
14 Oktyabr 2026 19:08
Almaniyadan 30-dan çox azərbaycanlı geri qaytarıldı
14 Oktyabr 2026 18:22
Azərbaycan-BƏƏ hərbçilərinin birgə təlimində "şahinlər" havaya qalxdı - FOTOLAR/VİDEO
14 Oktyabr 2026 18:10
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14 Oktyabr 2026 17:46
"Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı"
14 Oktyabr 2026 16:00
Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
14 Oktyabr 2026 13:01


Bakı -°C

