Onları gün vurur...
Son günlərin istisi lap dəhşətdir.Hər yerdə olduğu kimi, Bakıda da havanın temperaturu çox yüksəkdir. Təbii ki, belə hava şəraitində günün altında işləyən adamlar özlərini qorumalıdır.
Xüsusilə də , mənzil tikintisində çalışan və açıq havada işləyən insanlar bu cür çətinliklərlə üzləşirlər. Mövcud qaydaya görə , müsbət 40 dərəcə isti olarsa, günün altında işlər dayandırılmalıdır.
Çox təəsüf ki, bəzi Mənzil Tikinti Kooperativləri isti havada qanunları pozur, fəhlələri günün altında işlədirlər! İyulun 24- də saat 13:15 dəqiqədə Yeni Günəşlidə ( köhnə hərbi hissənin yanında) tikilən çoxmərtəbəli binada fəhlələr günün altında işləyirdilər.
Hansı ki, belə bir isti havada, günün altında çalışmaq qanun pozuntusudur! Dövlət Əmək Müfəttişliyi bu qanun pozuntusunu görsə,heç şübhəsiz, qanun pozuntusuna görə, tikinti şirkəti inzibati məsuliyyətə cəlb edər! Hər halda, kimliyindən və hansı şirkət olmasından asılı olmayaraq, bütün hüquqi, vəzifəli şəxslər qanuna əməl etməlidir!
Emil Faiqoğlu
Digər Xəbərlər
29 Oktyabr 2026 20:33
MDU-nun dosenti vəfat etdi
29 Oktyabr 2026 18:42
Ceyranbatanda 8 şagird qidadan zəhərlənməyib - RƏSMİ - YENİLƏNİB
29 Oktyabr 2026 12:47
BDU-nun professoru Adilə Abbasova vəfat edib
29 Oktyabr 2026 11:07
Şəmkirdə usta evdə təmir zamanı öldü
29 Oktyabr 2026 10:23
Bakıda azyaşlı qonşusunun evində pilləkəndən yıxılıb öldü
29 Oktyabr 2026 00:32
Anası tərəfindən təhdid olunan yeniyetmə qız sığınacağa yerləşdirildi - VİDEO
28 Oktyabr 2026 21:52
225 nömrəli məktəbin şagirdləri jurnalistlərə hücum etdilər - VİDEO
28 Oktyabr 2026 21:00


Bakı -°C

