Dəniz, yoxsa, hovuz?!
Yayda istirahət etməyin və sərinləməyin ən yaxşı yolları meşələrə , dənizə və hovuza getməkdir.
Heç şübhəsiz ki, adını çəkdiyimiz məkanlarının hər birinin öz gözəllikləri var. Əgər kimsə sərinləmək və çimmək üçün hər hansı bir yeri seçmək istəyirsə, o ya dənizi seçəcək, ya da hovuzu! Təbii ki, bu iki məkanın bayaq dediyimiz kimi, özünəməxsus özəllikləri və gözəllikləri var! Dənizə gedən su, günəş və qum vannası qəbul edir, rahatca dincəlir. Amma mütəxəssislər bildirirlər ki, dəniz həddindən artıq çirkləndirilib və suda insan həyatı üçün təhlükəli bakteriyalar mövcuddur. Amma bu fikiri dənizə çimməyə gedən insanlar qəbul etmirlər.
Məsələn, dənizə hər çimməyə gedən Lalə İsmayılova deyir ki, mən on beş ildir , dənizə gəlirəm, ancaq bir dəfə də olsun xəstələnməmişəm, heç bir bakteriyaya rast gəlməmişəm. Bir çox mütəxəssislər isə hovuzda çimməyə üstünülk verirlər. Onlar açıqlayırlar ki, dənizlə müqayisədə hovuzlarda su daha təmizdir və davamlı olaraq orada sanitar-gigiyenik qaydalara əməl edilir, ora xlor tökülür.
Bu isə o deməkdir ki, dəniz suyu ilə müqayisədə hövuz suyu daha təmizdir. Amma bu fikirlə də bəzi adamlar razılaşmırlar. Oğlunu Dövlət Sərhəd Xidmətinin hovuzuna aparan Rəfiqə Məmmədova gileylənir ki, mənim övladım adını çəkdiyimiz hovuzda çiməndən sonra dərisində yaralar yaranmışdı.
Bir ətək pul xərcləyib , uşağı güç- bəla ilə sağaltdıq! Bax indi insanlar bilmir ki, çimmək üçün dənizə getsinlər, yoxsa, hovuza?! Hər halda , bu, onların öz seçimidir! Dəniz də gözəldir, hovuz da !!!
Emil Faiqoğlu
Digər Xəbərlər
23 Avqust 2026 21:17
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
23 Avqust 2026 13:30
Şükufə Yusupovanın vəziyyəti ilə bağlı açıqlama
23 Avqust 2026 13:23
Sabah 40°-dək isti olacaq
22 Avqust 2026 12:31
FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirdi - VİDEO
21 Avqust 2026 23:39
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21 Avqust 2026 18:00
Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
21 Avqust 2026 15:38
Növbəti köç: Bu dəfə Xankəndi, Xocalı və Ağdərəyə -YENİLƏNİB
21 Avqust 2026 12:41


Bakı -°C

