On gündür tullantılar daşınmır, üfunət...

Yay vaxtı məişət tullantılarının vaxtında daşınmaması həm antı - sanitariyadı, həm də müxtəlif xəstəliklərin yayılmasına əlverişli şəraitdir.Təbii ki, belə hallar sakinlərin haqlı narazılıqlarına səbəb olur.
Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin " D" massivindəki 13 nömrəli binanda məişət tullantıları 10 gündən çoxdur ki, aidiyyəti qurum tərəfindən daşınmır. Artıq məişət tullantıları yeşiklərı ağzına qədər doldurub. Sakinlər bu tullantıları yeşiklərdə yer olmadığına görə, yerə atırlar. Binan yanında və həyətdə məişəti tullantılarının qoxusundan dayanmaq olmur. Bütün günü sahibsiz itlərlər burada yem axtarırlar və yem tapmayanda zibil atan sakinlərə hücum edirlər! Artıq həmin yerlərdə iri sıçanlar da peyda olub.
Bir azdan sonra ilanlar da gələcək. Heç kimə zəmanət verə bilməz ki, bu cür antı - sanitarya şəraitində müxtəlif infeksion xəstəliklər yayılmayacaq! Bu buna kooperativ bina olduğu üçün icra orqanları ögey münasibət bəsləyir.
Deyirlər ki, bina bizim balansımızda deyil. Balansınızda deyil , balansınıza salın, nə böyük problemdir. İndi sakinlər nə etsinlər və problemlərdən necə çıxış yolu tapsınlar? Hansı ki, bu problemləri Bakı Şəhər İcra Hakimiyyəti Mənzil - Kommunal Təsərrüfatı Departamenti " Kommunal Xidmətlər Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyət həll etməlidir.
Çox təəssüf ki, məlum qurumun direktoru , hörmətli Ramsin Abdullayev bu məsələnin həllinə kömək etmək istəmir.Bu gün əhalinin maddi imkanları o qədər də yaxşı deyil, bütün bular nəzərə alınmalıdır. Və imkan olduqca, sakinlər də məişət tullantılarının daşınması ilə bağlı olan borclarını ödəyəcəklər.!
Emil Faiqoğlu