İki təkərli nəqliyyat vasitələrinə qarşı mübarizə gücləndirilib...

Son vaxtlar Bakıda motosikletlərin , mopedlərin, velosipedlərin və sukuderlətin sayı daha da çoxalıb. Bu məqsədlə onların üçün paytaxtımızda yollar da müəyyənləşdirilib.
Amma buna baxmayaraq, iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə ağır yol-nəqliyyat hadisələri baş verir və bu zaman ölənlər və xəsarət alanlar olur. Bu günlərdə səkidə getdiyim yerdə az qaldı, arxadan gələn sukuder məni bura! Xoşbəxtlikdən cəld tərpəndim və özümü qoruya bildim.Bu gün avtomobillərdən daha böyük təhlükə adını çəkdiyimiz iki təkərli nəqliyyat vasitələridir.
Bunnunla da bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi davamlı olaraq nəzarət - profilaktik tədbirlər keçirir. Yol polisinin əsas məqsədi odur ki, həmin nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar minimuma endirilsin. Artıq Bakı sakinləri belə iki təkərli nəqliyyat vasitələrinin əlindən lap boğaza yığıblar!
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Toğrul Nəsirli deyir ki, biz mütəmadi olaraq qabaqlayicı tədbirlər həyata keçiririk.Bu cür profilaktik tədbirlərin keçirilməsi bu qəbildən baş verə biləcək.qəzaların qarşısın alır.Belə ki, motosiklet, moped, velosiped, sukuder sürücüləri ilə yol polisi əməkdaşlarının tez - tez maarifləndirici söhbətləri olur.
Onların nəzərinə çatdırılır ki, yol hərəkəti qaydalarına əməl etsinlər. İşıqforun qırmızı işığında dayansınlar və soldan, sağdan keçib qəza şəraiti yaratmasınlar, qəfil manevr etməsinlər. Söhbətdən nəticə çıxarmayanlar inzibati məsuliyyətə cəlb olunurlar. Amma bizim məqsədimiz onları cərimə etmək yox , maarifləndirməkdir. Bir daha onlardan xahiş edirik ki, yol hərəkəti qaydalarına əməl etsinlər və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmasınlar!
Emil Faiqoğlu
Digər Xəbərlər

NİİM: Operativ nəqliyyat vasitələrinin arxasınca hərəkət etmək qadağandır

Ardıcıl 4 gün iş olmayacaq

Bu gündən ictimai nəqliyyatda gedişhaqqı 60 qəpik olacaq

Bu tarixədək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qubada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Bu yolda tikinti və yenidənqurma işləri yekunlaşdı - VİDEO

Bizim aparıcıların çoxu özün apara bilmir...
