"Tərəkəmə" vergidən yayınır!
Heç kimə sirr deyil ki, bir çox kababxanalar, yeməkxanalar və marketlər vergidən yayınırlar.
Bu da dövlətin büdcəsinə böyük ziyan vurur.Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində " Tərəkəmə" adlı bir yeməkxana( kababxana) var. Həmin obyekt bir ildən çoxdur ki, fəaliyyət göstərir.İİnsaf naminə deyək ki, həmin yeməkxana çox keyfiyyətli yeməklər, o cümlədən dadı kabablar bişirir.
Heç şübhəsiz müstərilər də yeməklərin keyfiyyətlərindən razılıq edirlər. Amma insanlar bir şeydən narazıdılar- satılan yeməklərin qəbzini vermirlər. Biz də bir neçə dəfə həmin kababxanadan kabab almışıq, heç birində satıçılar bizə qəbz verməyiblər.
Avqust 24- də yenə " Tərəkəmə" dən altı şiş lülə kabab, bir şiş də tikə kabab aldıq. Kabablar çox dadlı idi , lakin həmişə olduğu kimi, bu dəfə də satıçılar bizə aladığımız kababların qəbzini vermədi. Və biz də bir söz demədik. Sözümüzü yazı qələmə almaqla deyirik.
Deyirik ki, Bakı Şəhər Vergilər Departamenti qoy " Tərəkəmə" də monitorinq keçirsin və bundan sonra aydinlaşacaq ki, o kababxana vergidən yayınır, ya yox!
Emil Faiqoğlu
Digər Xəbərlər
19 Oktyabr 2026 09:57
Azərbaycanda bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq
16 Oktyabr 2026 19:18
2026 və 2027-ci illər üzrə inflyasiya proqnozları AÇIQLANDI
16 Oktyabr 2026 17:36
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
16 Oktyabr 2026 11:54


Bakı -°C

