Bir qatar gedirdi...
Sovet dönəmində bizim kəddən üc sərnişin qatarı keçirdi. Onun biri İrəvana, biri Naxçıvana, biri də Qafana gedirdi. Və hər üc qatardan biz istifadə edirdik. Ən çox Bakı- İrəvan qatarında sıxlıq olardı.
Biz tələbələr də o sərnişin qatarına bilet alar, axşam minər , səhər saatlarında Bəhmənliyə çatardıq. Yəni axşam yatıb, səhər oyanırdıq ki, artıq kəndimizdəyik. Özü də tələb olduğumuza görə, bilet 50 faiz güzəştlə satılırdı. Belə ki, kupeyə10 manata olan bileti 5 manata alırdıq.
O biri iki sərnişin qatarına nadir hallarda minirdik, çünki bizə sərf eləmirdi, amma o qatarlarda sıxlıq yox idi. Birinci Qarabağ savaşında erməni faşistləri Horadiz stansiyasından Ağbəndə qədər bütün dəmiryol relslərini sökmüşdülər. İkinci Qarabağ savaşı möhtəşəm qələbəmizlə başa çatandan sonra həmin dəmiryolu yenidən əsaslı surətdə çəkilməyə başlayıb.
Allah qoysa , həmin yol tezliklə istifadəyə veriləcək. Və biz yenidən həmin qatarlarla İrəvana, Naxçıvana, Qafana gedəcəyik. O gün uzaqda deyil!
Emil Faiqoğlu
Digər Xəbərlər
20 Oktyabr 2026 13:18
Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb
20 Oktyabr 2026 12:07
"Tariflərin azaldılması iqtisadiyyatın ağardılması baxımından vacibdir" - Deputat
20 Oktyabr 2026 11:14
Elektron ticarətlə məşğul olanların nəzərinə!
20 Oktyabr 2026 10:53
“İllər ərzində doğmalaşdığım kollektivdən ayrılmaq asan olmasa da...”
20 Oktyabr 2026 09:01
"Brent" bahalaşdı
19 Oktyabr 2026 19:56
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb
19 Oktyabr 2026 09:57
Azərbaycanda bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq
16 Oktyabr 2026 19:18


Bakı -°C

