Zelenski atəşi dayandırmağa hazırdır, lakin...
Ukrayna prezidenti Volodimir Zelenski, Sky News telekanalına müsahibəsində bəyan edib ki, Ukrayna atəşi dayandırmağa hazırdır. Kiyev ABŞ prezidenti Donald Trampın atəşi dayandıra biləcəyinə ümid edirdi.
"Biz ümid edirik ki, ABŞ prezidenti atəşin dayandırılmasına nail olacaq. Biz buna hazırıq"-deyə Ukrayna prezidenti bəyan edib.
Xatırladırıq ki, Donald Tramp hələ avqustun 19-da, Vladimir Putinlə gözlənilən görüş ərəfəsində atəşin dayandlrllması ilə bağlı razılıq əldə edəcəyini bəyan etmişdi. Lakin, Moskvanın irəli sürdüyü "xüsusi şərtləri" razılığın əldə olunmasına mane oldu.
İndi, Ukrayna prezidenti Putin və Tramla görüşməyə, atəşin dayandırılmasına hazır olduğunu bəyan edir. Lakin... bu dəfə Zelenski öz şərtini irəli sürür. "Rusiya əvvəlcədən heç bir tələb irəli sürməməlidir".
Danışıqlar baş tutmur, ən azından atəşin dayanfırılmasl üçün, razılıq əldə olunmur, hər gün onlarla, yüzlərlə can alan müharibə isə davam edir...
Rüstəm Hacıyev
Digər Xəbərlər
03 Fevral 2026 20:04
Anadolunu Turistik Şərq Ekspresi ilə kəşf edin: Unudulmaz qış səyahəti üçün əla fürsət -FOTOLAR
03 Fevral 2026 20:00
“Ölkəni müharibəyə aparmağa çalışırsınız” - Lukaşenko
03 Fevral 2026 19:51
Tokayev Pakistanda top atəşi ilə qarşılandı
03 Fevral 2026 19:42


Bakı -°C

