“Qohum evliliklərinin vacib olduğunu demirəm, amma...” - Sosioloq
Xəbər verdiyimiz kimi, bu il ölkəmizdə qohum evliliklərinin ləğvi tətbiq edilib. Amma təəssüf ki, bəzi ailələr bu qaydaya məhəl qoymayaraq, belə evliliklərin baş tutmasına çalışırlar. Bunun üçün isə onlar valideynlik hüququndan rəsmi olaraq imtina edirlər. Ekspertlər isə hesab edirlər ki, valideynlik hüququndan imtina etmək bu evliliklərin baş tutmasına əsas deyil. Çünki arada biloji yaxınlıq var.
Adalet.az-a açıqlamasında fəlsəfə doktoru, sosioloq Mail Yaqub bildirdi ki, qohum evliliklərinin qadağası ilə bağlı ictimaiyyətə düzgün məlumat verilmədi:
“Yəni doğrudanmı qohum evlilikləri bu qədər təhlükəlidir. Tələm-tələsik bir qanun qəbul edildi. Yəni düzgün elmi cəhətdən bu əsaslandırılmadı. Mən qohum evliliklərinin vacib olduğunu demirəm. Amma şəxsən özüm bunun anlamını başa düşmədim. Qohum evlilikləri nə üçün olmaz, qadağandır? Bunun konkret elmi əsası, sübutu verilmədi. Guya qohum evliliklərində problem olur. Bəs bu xəstəlik digər evliliklərdə olmurmu? Bu sualın cavabını heç kim vermədi. Ona görə də mən bu barədə bir söz deyə bilmirəm. Doxsan doqquz faiz vaxtlarda insanların rəsmi hüquqa qarşı addımlarını pisləyirəm. Amma burda heç nə deyə bilmirəm. Çünki mənim özüm üçün də bir vətəndaş kimi qohum evliliklərinin qadağan olması anlaşılmaz oldu”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Noyabr 2025 12:48
Milli Məclisdə iki yeni təyinat
03 Noyabr 2025 12:38
Yaşar Gülər Azərbaycana gəlir
03 Noyabr 2025 12:12
Ərdoğan Azərbaycana gəlir
03 Noyabr 2025 11:38
Prezident AMEA-da çıxış etdi
03 Noyabr 2025 10:51
“Yaxın səkkiz ildə Azərbaycan özü-özünü ətlə təmin edə bilər...”
03 Noyabr 2025 10:48
AMEA-da yeni təyinat - “Gənclər Akademiyası”nın sədri təsdiqlənib
03 Noyabr 2025 09:59
Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq
03 Noyabr 2025 09:27


Bakı -°C

