“ABŞ Nümayəndələr palatası sifarişli qərarlar qəbul edir” - Politoloq
“ABŞ Nümayəndələr palatası "erməni lobbisi" təsirindədir. ABŞ Nümayəndələr palatasının xarici əlaqələr komitəsində erməni lobbisinin dəstəyi ilə Azərbaycan əleyhinə düzəliş qəbul olunması, Donald Trampın siyasi xəttinə ziddir. Azərbaycanla Ermənistan arasında sülh mətnin paraflanması və ABŞ prosesdə vasitəçi olması, Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması fonunda belə bir düzəlişin edilməsi Rusiyanın maraqlarına xidmət edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, xarici əlaqələr komitəsində qəbul edilən düzəliş Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaqdan ibarətdir”
“Ümumiyyətlə, bu düzəlişin Azərbaycanın üçün heç bir siyasi və hüquqi qüvvəsi yoxdur. Bu, Azərbaycanın daxili işinə qarışmaqdan ibarətdir. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan köçən ermənilərin geri dönüşünün mümkün olmadığını və onlara Ermənistan vətəndaşlığı veriləcəyini qeyd edib. Separatçı "liderlərin" həbsi isə, Azərbaycanın daxili işidir. ABŞ Nümayəndələr palatası hüquqi ədalət axtarırsa, İsrailin Qəzzada həyata keçirdiyi humanitar böhranla bağlı qərar qəbul etməlidir. Nümayəndələr palatası isə, sifarişlə qərarlar qəbul edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Noyabr 2026 22:40
Prezidentin bir həftəsi - VİDEO
15 Noyabr 2026 20:15
Heydər Əliyevin teleradioya qayğısı xüsusi əhəmiyyət daşıyır - Prezident
15 Noyabr 2026 11:16
"Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
15 Noyabr 2026 11:10
İlham Əliyevin Mahmud Abbasa təbrik məktubu
15 Noyabr 2026 10:56
Azərbaycan XİN Fələstini təbrik etdi
14 Noyabr 2026 21:10
“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” - VİDEO
14 Noyabr 2026 19:07
Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək
14 Noyabr 2026 19:01


Bakı -°C

