"Erməni radikalların Paşinyanı hakimiyyətdən uzaqlaşdırması çətin görünür"
"Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə deyil ki, keçmiş prezidentlər olan rəqibləri – Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sərkisyanı debata çağırır. Rəqiblərindən səs çıxmır. Adətən müxalifət lideri prezident və ya baş naziri debata çağırar ki, hakimiyyət dəyişikliyinə nail olsun".
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Ermənistanda isə tərsinədir, baş nazir müxalifət təmsilçilərinin hər biri ilə debata çıxmağa hazır olduğunu vurğulayır:
"Paşinyan doğru strategiyadan çıxış edir. Rəqibləri onunla debata çıxmaqdan çəkinirlər, çünki bilirlər ki, Paşinyanın onlara qarşı güclü arqumentləri var. Erməni cəmiyyəti bunu görür və Paşinyana alternativ olmaq istəyənləri zəif kimi qiymətləndirir. Ermənistanda parlament seçkiləri gələn ilin iyun ayında keçiriləcək. Seçkilər yaxınlaşdıqca Paşinyan rəqiblərini daha çox hədəf alacaq və onları zəif nöqtələrindən vuracaq. Bu gedişlə Rusiyanın dəstəyi olmayan erməni radikalların Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırması çətin görünür".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Oktyabr 2026 19:01
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
29 Oktyabr 2026 11:50
Türk dövlətləri üçün həmrəylik strateji zərurətdir - Ərdoğan
29 Oktyabr 2026 10:59
“Hraparak”: Ermənistan Prezidentinin səhhəti son həftələrdə pisləşib
29 Oktyabr 2026 09:44
Avropa İttifaqı geri addım atdı
29 Oktyabr 2026 09:22
Tramp Hörmüz boğazına öz adını vermək istəyir
29 Oktyabr 2026 09:16
İran ABŞ-yə yeddigünlük plan təklif etdi
29 Oktyabr 2026 08:17
“Fikrimi soruşdu, razılaşdım” - Vensin İrana məktubundan danışdı
29 Oktyabr 2026 07:42


Bakı -°C

