“Hər küçədən keçən tender qazanıb inşaata rəhbərlik edə bilməz”
“Azad edilən ərazilərdə bəzən inşaat işlərində ciddi çatışmazlıqlar müşahidə olunur. Ağdamın Xıdırlı kəndində inşaat şirkəti ciddi nöqsanlara yol verib. Bəzi mütəxəssislər dövlətin ayırdığı vəsaitin tikintiyə rəhbərlik və nəzarət edən şəxslər tərəfindən mənimsənilməsi barədə fikirlər səsləndirirlər”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Ə.Verdiyev bildirib ki, bu çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün tədbirlər görmək lazımdır:
“Konkret Xıdırlı kəndindəki xoşagəlməz hala gəlincə isə, kəndin layihəsini təsdiqləyənlər, tenderi keçirənlər, tikintiyə nəzarət edənlər, tikinti başa çatandan sonra evləri və infrastrukturu istismara qəbul edənlər, tikintinin keyfiyyətinə texniki nəzarəti həyata keçirən mühəndislər, vəzifəli şəxslər məsuliyyət daşıyır. Onlar kəndin yağış suyunu daşıyan kollektorun olmamasına və digər məsələlərə aydınlıq gətirməlidir. Böyük ehtimalla bu işlərdə cinayət tərkibi ola bilər, bir neçə vəzifəlinin əlbir olaraq dövlət vəsaitlərini mənimsəməsi də mümkündür. Aidiyyatı qurumlar genişmiqyaslı hüquqi araşdırma aparmalıdır ki, gələcəkdə belə xoşagəlməz hallar təkrar olmasın. Hər küçədən keçən tender qazanıb inşaata rəhbərlik edə bilməz”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Dekabr 2025 17:52
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
24 Dekabr 2025 17:39
"Ağdam rayonunda artıq həyat bərpa edilir" - İlham Əliyev
24 Dekabr 2025 17:17
"Bu gün Ağdamın tarixində çox əlamətdar bir gündür" - Prezident
24 Dekabr 2025 16:44
Din xadimləri İlham Əliyevə təşəkkür etdi
24 Dekabr 2025 14:07
“Pirotexniki vasitələr nəinki səs-küyə, yanğınlara da səbəb olur”
24 Dekabr 2025 13:54
Emin Ağalarov Prezidenti belə təbrik etdi - VİDEO
24 Dekabr 2025 13:25
Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
24 Dekabr 2025 13:06


Bakı -°C

