“Düşünmürəm ki, Rusiya ilə münasibətlərin düzəlməsi ehtimalı yüksək olsun...” - Politoloq
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbəyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Məsələylə bağlı Adalet.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Rusiya tərəfi bu görüşü çoxdan arzulayır:
“Sadəcə olaraq Azərbaycan Prezidentinin qoyduğu mövqe onları bir az çətin vəziyyətə qoyub. Bu vaxta qədər də atdıqları addımlardan hiss olunur ki, Azərbaycana qarşı təxribatların arxasında görüş təklif edərək mesaj vermək istəyirlər. Əslində bu cür təxribatları etməklə istəyirlər ki, bir növ Azərbaycan tərəfi əlaqələr yaratsın və soruşsun ki, niyə belə edirsiniz? Bu cür abu-hava yaradaraq əlaqə qurulsun. Əslində Rusiyanın mövcud siyasətində Azərbaycanla bağlı bu görünür. Düzdü, görüş olacaq, gözləntilər var”.
Politoloq bildirib ki, görüşün nəticələri haqda elə də nikbin deyil:
“Yəni görüşün nəticəsi ilə bağlı nikbin olmaq üçün birinci şərt 25 dekabr 2024-ci ilə qədərki vəziyyətə qayıtmaqdır ki, bunun üçün də Rusiya tərəfi cənab Prezidentin qeyd etdiyi məsələlər üzrə öhdəlikləri yerinə yetirsin, üzr istəsin və azərbaycanlılara qarşı təxribatlar aradan qalxsın və sair. Yəni bunlar hamısı olmadan düşünmürəm ki, Rusiya ilə münasibətlərin düzəlməsi ehtimalı yüksək olsun. Yəni görüş ola bilər, hətta bir çox məsələləri müzakirə də edə bilərlər, amma burda nikbinlik hələ ki, hiss olunmur. Bu vaxt ola bilər ki, Rusiya tərəfi razılaşdırılmalı olan məsələləri razılaşsın və icra eləsin”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Yanvar 2026 16:16
Prezidentdən Anar İsgəndərovla bağlı SƏRƏNCAM
09 Yanvar 2026 11:47
“İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var...”
09 Yanvar 2026 08:31
İranda rejim çökərsə, nə baş verəcək? - Politoloqun şərhi
08 Yanvar 2026 14:03
“Putin Astraxan vilayətinin şimalındakı qumsal çölləri Çinə icarəyə verib”
08 Yanvar 2026 14:00
Ya İranı qarışdırırlar, ya da Türkiyədə... - Elxan Şükürlü yazır
08 Yanvar 2026 13:06
“İranda etirazlar əvvəlki günlərlə müqayisədə daha kütləvi olarsa...”
08 Yanvar 2026 12:59
Prezident xarici və yerli investorlara çağırış etdi
08 Yanvar 2026 12:58


Bakı -°C

