Bakı və Ankara nəyi müzakirə edəcək? – Politoloq AÇIQLADI
“Türkiyənin xarici işlər naziri Hakan Fidanın müavini Ayşe Berris Ekincini Bakıya göndərməsi səbəbsiz deyil. “Şuşa bəyannaməsindən” irəli gələrək iki dövlət arasında məsləhətləşmələrə ehtiyac var. Birincisi, Azərbaycanla Ermənistan arasında dialoq getdikcə genişlənib, tranzit yüklər Azərbaycandan keçməklə Ermənistana çatdırılacaq. Baş nazir Nikol Paşinyan da öz növbəsində Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən yükləri daşımağı təklif edib. Deməli, bu mövzu Bakı ilə Ankara arasında müzakirə olunmalı, birgə addımlar atılmalıdır. İkincisi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitinə dəvət etdiklərini bildirib. Bu dəvətə necə cavab veriləcəyinə də Bakı və Ankara birgə qərar verməlidirlər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bunların fonunda Türkiyə Ermənistanla sərhədi açacaqmı və bu ölkə ilə diplomatik münasibətləri bərpa edəcəkmi, yoxsa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyəcək?
“Bakı bu sualın cavabını Ankaradan eşitmək istəyər. Türkiyə xarici işlər nazirinin müavininin Bakıda müzakirə edəcəyi digər mövzu Qəzza ilə əlaqəli ola bilər. İsrail hökuməti Türkiyə hərbçilərinin Qəzzada beynəlxalq qüvvələrin tərkibində olmasının əleyhinədir, Azərbaycan hərbçilərinə isə yaşıl işıq yandırmağa hazırdır. Bu Türkiyə üçün məqbuldurmu? Bu sual ətrafında da Ankara ilə Bakı arasında müzakirələr aparıla bilər. Prezident İlham Əliyev beynəlxalq konfransların birində üzünü Ermənistanın keçmiş Prezidenti Serj Sərkisyana tutaraq “Türkiyə burada yoxdur, ona görə belə danışırsız, amma mən burdayam və Sizin cavabınızı verəcəm” şəklində açıqlama vermişdi. İndi Qəzzada Türkiyə hərbçilərinin iştirakı mümkün olmasa, Azərbaycan hərbçiləri sülhün qorunması və sabitlik üçün əllərindən gələnə edəcəklər. Ankara Bakı ilə Moskva arasında normallaşmanın nə yerdə olmasıyla da maraqlana bilər. Bir sözlə, Türkiyə xarici işlər nazirinin müavininin Bakıya səfərində müzakirə ediləcək kifayət qədər mövzu var. Müavin geri qayıtdıqdan sonra Bakıdakı müzakirələr haqqında nazirinə geniş hesabat hazırlayacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Yanvar 2026 18:39
Baş nazir tapşırıq verdi: Dənizkənarı bulvar...
27 Yanvar 2026 16:29
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə görüşdü
27 Yanvar 2026 16:28
Sahibə Qafarova ADPA-da çıxış etdi
27 Yanvar 2026 12:27
Ceyhun Bayramov Çinə səfər edəcək
27 Yanvar 2026 12:25
“Türkiyə İrana müdaxilə ərəfəsində neytrallığını qorumağa söz verib...”
27 Yanvar 2026 12:15
Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR
27 Yanvar 2026 10:55
“Rusiya komandanlığının tükədici taktikası Ukraynada heç bir nəticə vermir”
27 Yanvar 2026 09:42


Bakı -°C

