“Rusiya cəbhə xəttində irəliləyişlər əldə etməsə...”
“Artan hərbi-iqtisadi təzyiqlər Rusiyanı atəşkəsə məcbur edə bilər. ABŞ Rusiyanın neft -qaz şirkətlərinə sanksiyalar tətbiq edib. Bu sanksiyalar noyabrın 24-də qüvvəyə minəcək. Rusiya prezidentinin köməkçisi Uşakov Vladimir Putin və Donald Tramp arasında görüş keçiriləcəyini qeyd edib. Putin çalışacaq ki, Trampla yenidən telefonla danışsın və görüş keçirsin. Təmas Xəttində Rusiya kifayət qədər itkilər verir. Moskvada strateji obyektlər Ukraynanın hədəfindədir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Trampın Mərkəzi Asiya ölkələrinin liderlərini Vaşinqtona dəvət etməsi, Rusiya üçün mənfi iqtisadi perspektivlər vəd edir:
“Bu ilin axırına kimi Rusiya cəbhə xəttində irəliləyişlər əldə etməsə, ABŞ sanksiyaları işə düşəcəksə, Putin qoşunların təmas xəttində atəşkəs razılaşmasına gedə bilər. Bu atəşkəs Rusiya tərəfindən pozulub, hərbi əməliyyatlar növbəti mərhələdə davam etməsi mümkündür. Rusiya rəhbərliyi Trampın sərt sanksiyalarından və Ukraynaya raket göndərilməməsinə çalışır. Atəşkəsin əldə edilməsinə isə, Avropa ölkələri razı deyil. Buna baxmayaraq bu atəşkəs yeni imkanlara yol aça bilər. Rusiya -Ukrayna müharibəsinin Cənubi Qafqaza və Mərkəzi Asiyaya ciddi təsirləri qalmaqdadır. Rusiyanın zəifləməsi fonunda hər iki region ölkələri öz siyasətlərini ABŞ ilə kordinasiya edəcək. Bu da regionda yeni geosiyasi nizamın qurulması deməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Yanvar 2026 14:38
Argentina prezidenti keçmiş sevgilisi ilə səhnədə - VİDEO
29 Yanvar 2026 14:31
Kreml İranla bağlı çağırış etdi - "Təmkinli olun!"
29 Yanvar 2026 13:50
Fabrikdəki güclü partlayış yaşayış binalarına sıçradı - VİDEO
29 Yanvar 2026 13:01
"Lukoil" aktivlərinin satışı ilə bağlı ABŞ şirkəti ilə razılaşdı
29 Yanvar 2026 12:40
ABŞ-də 73 nəfər donaraq öldü
29 Yanvar 2026 11:54
Vaşinqton və Tehran arasında gərginlik artır: Tramp İranı vurmaq əmrini verə bilər
29 Yanvar 2026 11:06
"İrana qarşı əməliyyat Venesueladakından daha çətin olacaq" - Tramp
28 Yanvar 2026 18:11


Bakı -°C

