"Bu, Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək" - Deputat

""Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik layihəsi ölkəmizin energetika siyasətində mühüm bir mərhlənin başlanğıcını qoyur. Bu dəyişikliklər yalnız texniki və inzibati yenilik deyil, həm də enerji təhlükəsizliyinin, ekoloji davamlılığın və bu istiqamətdə dövlət idarəçiliyində şəffaflığın gücləndiirlməsi baxımından atılan ciddi addımdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Asif Əsgərov deyib.
O bildirib ki, enerji səmərəliliyi təkcə iqtisadi məsələ deyil, həm də ekoloji məsuliyyət, sosial rifah və milli təhlükəsizlik məsələsidir: "Enerjinin düzgün və qənaətli istifadəsi resursların qorunmasına və istehsal xərclərinin azalmasına xidmət etməklə yanaşı gələcək nəsillər üçün davamlı inkişafın təmin olunmasında mühüm rol oynayacaq. Bu mənada təqdim olunan dəyişikliklər strateji əhəmiyyət daşıyır və Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək".
Digər Xəbərlər
 31 Oktyabr 2025 17:33
 31 Oktyabr 2025 17:33 Sahibə Qafarova Misirə gedəcək
 31 Oktyabr 2025 17:10
 31 Oktyabr 2025 17:10 Hikmət Hacıyev: Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək
 31 Oktyabr 2025 16:55
 31 Oktyabr 2025 16:55 Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edib - YENİLƏNİB
 31 Oktyabr 2025 14:35
 31 Oktyabr 2025 14:35 Zakir Həsənov Qazaxıstanda səfərdədir
 31 Oktyabr 2025 12:03
 31 Oktyabr 2025 12:03 Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyənləşir
 31 Oktyabr 2025 11:54
 31 Oktyabr 2025 11:54 "Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur" - Deputat
 31 Oktyabr 2025 11:52
 31 Oktyabr 2025 11:52 Milli Məclis Zəfər Günü münasibətilə Prezident və xanımını təbrik edib
 31 Oktyabr 2025 11:39
 31 Oktyabr 2025 11:39 

 Bakı -°C
 Bakı -°C 






