" Azəristiliktəchizat" niyə köhnə rejimlə işləyir?
Sovet dönəmindən belə bir ənənə qalıb ki, binalara istilik noyabrın 15- də verilir. Bu isə birmənalı olaraq o istilikdən istifadə edənlərin böyük narazılığına səbəb olub.
Amma buna baxmayaraq, neçə illər keçsə də, binalara istiliyin verilməsi vaxtı dəyişdirilməyib! Görünən odur ki, bu il də məlum qurum köhnə qrafiklə işləyəcək! Həmişə yeni mövsüm gələndə insanlar böyük ümidlə gözləyirlər ki, bəlkə noyabrın 1-dən istilik verilə, amma biz bunun əksini görürük! İstiliyin qiyməti iki dəfə bahalaşıb.
Yəni əvvəllər bir kvadratmetrə görə 15 qəpik ödəniləirdi, ancaq bu mövsümdən 45 qəpik veriləcək! Belə olan halda gərək əhaliyə yüksək temperaturda istilik verilə. Lakin bilmək olmur ki, iki dəfə qiymət artımından sonra yüksək istilik veriləcək, yoxsa verilməyəcək? Bunu istiliyin verilməsi zamanı əhali biləcək.
Ancaq birinci dəfə qiymət artımından sonra mənzillərə verilən istiliyin tempraturu bir o qədər də yaxşı deyildi! Əgər istiliyin qiyməti iki dəfə artıbsa, ona da " Azəristiliktəchizat" da zəhmət çəkib , əhaliyə yüksək temperaturda istilik verməlidir. Və bir də mənzillərə istilik noyabrın 15- deyil, 1- də verilməli, aprelin 30- a qədər bu proses davam etməlidir! Əgər qiyməti qaldirmısansa, onda xidmətin keyfiyyətini da artırmalısan!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Oktyabr 2026 11:05
Bəzi yerlərə güclü yağış, qar yağıb - Faktiki hava
23 Oktyabr 2026 23:34
Zəngəzur parkında Qafqaz bəbiri üç balası ilə - VİDEO
23 Oktyabr 2026 19:13
14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - Nöqsanlar tapıldı
23 Oktyabr 2026 11:10
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
22 Oktyabr 2026 12:21
Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi
22 Oktyabr 2026 11:42
Payız niyə yaz kimi keçir?
22 Oktyabr 2026 00:00
Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR
21 Oktyabr 2026 12:42


Bakı -°C

