“Dində qonşulara münasibət həmişə ön planda olub...” - İlahiyyatçı
“Qonşu hətta qohum qədər əhəmiyyətli sayılıb. Xalqımızın ənənələrində də qonşuya böyük dəyər verilib; "Uzaq qohumdan yaxın qonşu yaxşıdır" deyilib”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, müqəddəs kitablar olan Tövrat, Zəbur, İncil və Quranda da qonşunun dəyərindən geniş bəhs olunub:
"Qonşunu özün kimi sev." (Tövrat, Levililər 19: 18);
"Qonşunu özün kimi sev." (İncil, Matta 22:39);
"Yaxın qohuma, yetimə, kasıba, qohuma, qonşuya yaxşılıq edin." (Quran, Nisa, 4:36)
Bu onu göstərir ki, Uca Allah qonşuya böyük önəm verir. Hətta Həzrət Muhəmməd Peyğəmbər əleyhissəlamın hədislərində buyurulur ki, Cəbrayıl mənə qonşu haqları barədə o qədər tövsiyələr verdi ki, Allahın qonşunu qonşuya mirasçı qılacağını zənn etdim. "Qonşusu ac ikən tox yatan məndən deyil" deyə tövsiyədə bulunurdu Həzrət Muhəmməd salavatullah. Odur ki, qonşuya hər zaman diqqət göstərmək dinin ən ümdə göstərişi kimi nəzərdə saxlanılmalıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Oktyabr 2026 13:08
"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun qəbul edilsin - TƏKLİF
23 Oktyabr 2026 12:41
İlham Əliyev Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik etdi
23 Oktyabr 2026 12:07
Hafiz İsmayılbəyli VƏZİFƏSİNDƏ QALDI
23 Oktyabr 2026 11:56


Bakı -°C

